Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Moskvada ərazinin böyük hissəsini Azərbaycana qaytarmağa hazrlıq görürlər“

Erməni analitikin təhlili:"Moskvada ərazinin böyük hissəsini Azərbaycana qaytarmağa hazrlıq görürlər"


Qarabağın artıq çoxdan öz taleyi yoxdur. Hazırda Ermənistanın hər üsulla, lakin uğursuz şəkildə Rusiyanın Abxaziya-Osetiya probleminə dəstək mövqeyinin bir hissəsi olmaqdan yaxasını qurtarmağa can atması ilə bağlı Qarabağ bu tərbiyəsiz oyunda xırda pul olub. Hələ də Qarabağ adlanan qurumun davranışı tamamilə Rusiyanın tələbatlarına uyğunlaşdırılıb.

İş o yerə çatıb ki, Misnk Qrupunun ləğv edilməsi və bölgə “toplanış”ı ilə əvəzlənməsi təklifi irəli sürülür. Yəni Moskvanın ABŞ-ı oyundan sıxışdırmaqda növbəti sifarişi icra olunur ki, bu da qüvvələr tarazlığının tamamilə pozulmasna gətirib çıxaracaq. Nəzərə alınsa ki, Minsk Qrupu heç də problemin nizamlanması üçün struktur deyil, üç tərəfin – ABŞ, AB və Rusiyanın mövqe və niyyətlərinin aydınlaşdırılması üzrə “klub”dur.

Yeri gəlmişkən, ABŞ indiki durumda müəyyən məqsədlərlə Minsk Qrupunun ləğv edilməsi haqda təklifi dəstəkləyə bilərdi. Minsk Qrupu olduqca effektsiz, lakin qüvvələr tarazlığını saxlamaq üçün məqbul arenadır. Qarabağ əyaləti, Abxaziya və Cənubi Osetiyanın tanınması kimi cuşagəlmələr, guya, müzakirə üçün toplantılar və Minsk Qrupunun “bağlanması” haqda təkliflər servis davranışının ümumi silsiləsinə sığışır. Nəticədə Qarabağ alçaldılmış, düşkün, yalnız Azərbaycanın nəzarətinə qaytarmağa yararlı görünür.

Moskvada təkcə siyasi protektantlar deyil, həm də kəmsavad qəzet şərhçiləri Dağlıq və Aran Qarabağın adlarını yaxşı öyrəniblər və ərazinin böyük hissəsini Azərbaycana qaytarmaq planının gerçəkləşməsinə hazrlıq görürlər. Bununla bərabər, bu plan heç də nəzərdə tutmur ki, Qarabağın bir hissəsi ermənilərin iştirak etməyəcəyi bu sövdələşmə nəticəsində Ermənistanın siyasi nəzarətində qalacaq. Bu, erməni millətinin bu əyaləti tam şəkildə itirməyində yalnız birinci mərhələdir.

Bu problem Ermənistanın siyasi müstəqillyi itirməsinə uyğun şəkildə, mərhələ-mərhələ həll olunacaq. Rusiya Azərbaycana ən müasir silahların tədarükünü həyata keçirir. Paritet siyasət həqiqətən də prioritetə çevrilir, lakin bu, açıq şəkildə bizim xeyrimizə deyil. Deyilməlidir ki, Rusiya Minsk Qrupunun ləğvi məqsədini güdmür, çünki bu, amerikalı və avropalılarla “sonuncu” təmas arenasıdır. Lakin Rusiya bununla yanaşı Minsk Qrupunun varlığı ilə duruma o dərəcədə yiyələnmk istərdi ki, bölgədə təkcə özü dirijorluq edə bilsin. Amerika cəmiyyəti 1915-ci ildə ermənilərin soyqırımı (mətndə bu cürdür-tərc.) faktını tam qəbul edib, ABŞ Konqresi və Prezident gec, ya tez soyqırımını rəsmən tanıyacaq. Rusiya əlindən gələni edir ki, Türkiyə və Ermənistan münasibətlərinin nizamlanmasına imkan verməsin və çox şeyə, hətta özgə əliylə müharibəyə də hazırdır. Türkiyə və Ermənistan sazişi, daha doğrusu, Türkiyənin Ermənistana hücum etməmək öhdəliyi rusların Cənubi Qafqazdakı iştirakının sonu olardı.

Haçansa bu yaxınlarda sadəlövhcəsinə rusların bu məsələdə müsbət kökləndiyini güman edərək Avropada mənə deyirdilər ki, Rusiya Qarabağ problemini həll etməyə cəhd edir. İndi Rusiyanın rolunun dəyişilməsi ilə bağlı durum olduqca dəyişilib və avropalılar, xüsusən də amerikalılar Rusiyaya təcavüzkar kimi yanaşırlar. Hətta Rusiya ilə ABŞ arasında nüvə silahı işlətmədən müharibə aparmaq imkanları haqda söhbətlər getməyə başlayıb. Belə bir hal mümkündürmü? Unutmaq lazım deyil ki, ABŞ-ın Demokratik Partiyası müharibə partiyasıdır. Ermənistanın indiki siyasi rəhbərliyi ən qəliz vəziyyətə düşüb və dalandan çıxış yolui tapmağa cəhd edir, amma uğursuz şəkildə. Rəhbərliyin KTMT və MDB sammitləri ilə bağlı cürbəcür ifadələri xarici siyasətimizin can verməyinin yalnız müəyyən qədər uzadılmasında ötəri sxemlərdir.

Bəlkə də, alyanslar dağılacaq və hər şey öz yerinə qayıdacaq. Amma nə vaxt? Dövlət müstəqilliyinin cüzi hüquq və imkanlara enəcəyi və yaxud  tamamilə yox olacağı vaxt erməni millətinin hansı biçim və strukturlarda mövcud olacağını fikirləşmək yaxşı olardı. Ermənistan və Qarabağ əyaləti ermənilərin məskunlaşma ərazisi kimi yalnız NATO və AB-yə inteqrasiya olunmaq və ABŞ-la tərəfdaşlıq münasibətləri ilə salamat qala bilər. Rusiya – boşluğa, uçuruma yoldur.

Qarabağ əyalətindən bir oğlanın dediyi kimi, Qarabağ administrasiyasında “9 studiya” daha aşkar şəkildə meydana çıxır. “9 studiya” Ermənistanda möhkəm mövqe tutur. Qarabağ mövzusu miskin kukla kimi Ermənistan Yazıçılar İttifaqının üzvlərinə, müxtəlif  humanitar alimlərə satılıb və rus silahınn gətiridiyi daimi ölümlərə baxmayaraq, indiyə kimi heç kim ictimai şəkildə heç bir nəticə çıxartmayıb.

Olduqca şübhəli, bağışlanmış, satılmış raketlər və s. militarist zir-zibil ermənilər üçün təkcə orduda xidmət edən öz övladlarına deyil, həm də bütün həngamələrə səbəb olmuş Qarabağ əyalətinə edilən satqınlığa bəraət olub.       

Ermənilər bütün dünyaya yayılmaqda davam edirlər və heç kim iqtisadi və sosial şəraiti qaydaya salmaq iqtidarında deyil. Qarabağ əyalətinin başına nələr gələcək?

1995-ci ildə “DQR” Ali sovetinin sessiyasında necə oldusa, Robert Köçəryandan soruşdum: “Qarabağı ölkə kimi görürsünüz, yoxsa hərbi baza kimi?”

Cavab aydın idi, bu sual onun üçün və ümumiyyətlə, Ermənistan gerçəkliyində heç kim üçün deyildi. Əslində, Qarabağ əyaləti bunların heç biri olmadı. Qarabağ əyaləti müvəqqəti gündəm olub. Vəssalam.(Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar