Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Moskvanın Bakıda strateji postlarda adamları var”


“Türkiyə ilə keçirilən hərbi təlim regiona göz dikmiş bəzi dövlətlərə mesajdır”

 
Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib. O, Kremlin öz media qurumları vasitəsilə Azərbaycana mesajlar verdiyini deyib.
 
Azərbaycanla Türkiyə arasında münasibətlər bütün sahələr üzrə mövcuddur və bu sahələrdən ən önəmlisi də məhz hərbi əməkdaşlıqdır. Türkiyə bizə qardaş ölkə olmaqla yanaşı, həmçinin NATO dövlətidir. Bu isə gələcək təhlükəsizliyimizin qorunmasında və regionla bağlı bəzi proseslərdə bizə əlavə divident qazandırır. Türkiyə ilə keçirilən hərbi təlim regiona göz dikmiş bəzi dövlətlərə mesajdır. Ankaranın bu təlimdə iştirakı yalnızca özünün verdiyi qərar deyil. Bu, demək olar ki, həm də sadəcə olaraq Türkiyə adı altında NATOAzərbaycan təlimidir. Rusiya  təcavüzünün açıq və real olduğu bir zamanda bu cür təlimlərin çox olacağını deyə bilərik. Rusiya mətbuatının bu təlimlərə sərt yanaşması isə Moskvanın mövqeyidir. Çünki jurnalist kəşfiyyat məlumatına heç zaman sahib ola bilməz. Bu məlumatları rus kəşfiyyatı əldə edir, dövləti məlumatlandırır. Rusiya dövləti isə öz nəzarətində olan media qurumları vasitəsi ilə Azərbaycana mesaj verir”.
 
F.Məmmədov sonuncu Azərbaycan-Türkiyə hərbi təlimlərini ölkədə istəməyən qüvvələrin mövcud olduğunu bildirib:
 
“Təbii ki, bu təlimləri ölkəmizdə də istəməyənlər mövcuddur. Bunlar keçmiş SSRİ vaxtından müəyyən dairələrə yerləşdirilmiş, bugünkü Rusiya üçün də önəmli rol oynayan bəzi strateji postlarda yer tutan şəxslərdir. “Bunlar kimdir” deyə sual yaranır? Məncə, bunu Milli Təhlükəsizlik Nazirliyi daha yaxşı bilir. Bu gün bu şəxslər sırasında ölkədə dövlətin idarəçiliyində strateji yerlərdə post tutmuş adamlar var. Əgər Rusiyanın maraqları xaricinə çıxma olarsa, o zaman çevriliş və ya buna bənzər digər xaotik proseslərə start verilə bilər. Bunlardan siğortalanmaq üçün orduya, maliyyə sektoruna milli şəxslər cəlb olunmalı və kadrlar hər dəfə dövlət tərəfindən ciddi yoxlanışdan keçməlidir.
 
Hesab edirəm ki, elə bu proses də gedir. Bir şeyi unutmayaq ki, daxildə mövcud olan ruspərəst düşmənlər cəbhədəki ermənilər qədər təhlükəlidir”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar