Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mövlud Çavuşoğlu Azərbaycana yaxın adamdır”


Xəbər verildiyi kimi, baş nazir Əhməd Davudoğlu Türkiyənin yeni 62-ci hökumət kabinetini təqdim edib


Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilən yeni hökumət kabinetində bir sıra yeni isimlər də var. Onlardan biri də Azərbaycanda da yaxşı tanınan AKP-dən olan deputat, bir müddət AŞ PA-nın prezidenti postunu tutmuş Mövlud Çavuşoğludur. Çavuşoğlu Davudoğlunun hökumətində xarici işlər naziri postunu tutacaq.

AKP-də xarici siyasət üzrə koordinator kimi çalışan Çavuşoğlu 2002-ci ildən partiyanın Antaliyadan millət vəkili seçilib. Bu dövrdə dəfələrlə Azərbaycana səfər edən Çavuşoğlu prezident seçkilərində müşahidəçi olub, AŞ PA-nın məruzəçisi olub, qurumda Türkiyə nümayəndə heyətinə rəhbərlik edib, eyni zamanda 2010-2012-ci illərdə AŞ PA-nın prezidenti olub.

Mövlud Çavuşoğlu 1968-ci ildə Türkiyənin Alaniya vilayətində dünyaya gəlib. 1988-ci ildə Ankara Universiteti Siyasi Elmlər fakültəsini beynəlxalq münasibətlər ixtisası üzrə bitirib. Daha sonra təhsilini ABŞ-da Lonq Ayslənd Universitetində davam etdirib. 1991-ci ildə iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. 1993-cü ildə isə Ankara Universiteti Avropa Cəmiyyəti Araşdırma və Tətbiqetmə Mərkəzində “Avropa Birliyi mütəxəssisi” dərəcəsini alıb. Daha sonra təhsilini London İqtisadiyyat Məktəbində davam etdirən Çavuşoğlu “Ətraf Mühit İqtisadiyyatı və Davamlı İnkişaf” mövzusunda doktorluq müdafiə edib. 1995-ci ildə BMT İnkişaf Proqramında çalışıb. 

AKP yarandıqdan sonra bu partiyaya qoşulan Çavuşoğlu üç dəfə deputat seçilib. AKP xarici əlaqələr üzrə sədr müavini olub.

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında Çavuşoğlunun yeni təyinatını Azərbaycan üçün müsbət dəyərləndirdi. Onun fikrincə, xarici işlər naziri dövlətin müəyyən etdiyi kursu aparsa da, Çavuşoğlunun Azərbaycana yaxın siyasətçi olması, eləcə də Avropa Şurasında ölkəmiz üçün faydalı fəaliyyətləri onun nazir təyinatının Bakı üçün məqbul olduğunu göstərir: “Mövlud Çavuşoğlu Azərbaycana yaxın adamdır. Amma sadəcə olaraq prezident və baş nazirin müəyyən etdiyi kurs üzrə xarici siyasət yürüdəcək. Onun özünün Azərbaycan meyilli olması da bu işdə müsbət rol oynaya bilər. Bax bu nöqteyi-nəzərdən Çavuşoğlunun xarici işlər naziri təyin edilməsi Türkiyənin Azərbaycanla münasibətlərində müsbət rol oynaya bilər”.

Ancaq ekspertə görə, ümumilikdə Türkiyənin yeni xarici siyasət kursunun necə olacağı hələ aydın deyil. Onun qənaətincə, Ərdoğanın prezidentliyi dönəmində Türkiyə yeni xarici siyasət kursu götürəcək: “Ərdoğan və Davudoğlu yeni Türkiyə ideyasından danışırlar. Mətbuata sızan məlumata görə, ”Yeni Türkiyə" ideyası Kamalizmdən birdəfəlik imtina və Türkiyənin bir sıra yeni dəyərlərə qayıtması ilə müşayiət olunacaq. Məsələn, Ərdoğanın inauqurasiya mərasiminə Ermənistan prezidentinin dəvət edilməsi Yeni Türkiyənin təfəkkür tərzini əks etdirən ştrixlərdən biridir. İnauqurasiya mərasimində iştirak edən Ermənistan XİN başçısı Türkiyə tərəfinə Sərkisyanın qondarma “erməni soyqırımı”nda iştirakla bağlı məktubunu təqdim edib. Türkiyə tərəfi çox soyuqqanlılıqla həmin məktubu qəbul edib. Bu isə o deməkdir ki, Ermənistanın təntənə ilə təşkil edəcəyi “soyqırımın” 100 illiyi mərasimlərində Türkiyəni də nüfuzlu şəxslərdən biri, elə dostumuz Mövlud Çavuşoğlu təmsil edə bilər".  

Lakin bununla yanaşı, Q.Hüseynli bir sıra strateji məsələlərdə Çavuşoğlunun Azərbaycan üçün ciddi işlər gördüyünü də qeyd edir: “Amma bütün bunlara baxmayaraq Avropa Şurasındakı fəaliyyəti zamanı AŞ-nin Ermənistanı təcavüzkar kimi tanımasında Çavuşoğlu və onun başçılıq etdiyi deputat qrupu böyük rol oynadı. Ermənilərin bir sıra həyasız iddialarının dəf edilməsində də onun rolu danılmazdır. M.Çavuşoğlu AŞ PA-nın sədri olduğu zaman məhz onun səyləri nəticəsində Dağlıq Qarabağa dair alt komissiyanın fəaliyyəti bərpa olundu. Yəqin ki, Ərdoğanın ”Yeni Türkiyə" konsepsiyası onun bu istiqamətdəki fəaliyyətinə təsir etməyəcək".(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar