Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Müasir silahları olsaydı, apreldə istifadə edərdilər”


Ramil Məmmədli: “Ermənistan ordusunda “İsgəndər” raketlərinin olması qarşı tərəfin növbəti fırıldağıdır”


“Sentyabrın 21-də Ermənistanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş hərbi parada hazırlıq məqsədilə keçirilən məşqlərdə “İsgəndər” operativ-taktiki raket komplekslərinin (OTRK) də yer alması qarşı tərəfin növbəti fırıldağıdır”.

Bunu Cebhe.info-ya Ermənistan Silahlı Qüvvələrinin “İsgəndər” komplekslərinə malik olması barədə bəzi KİV-nin yaydığı məlumatlarını şərh edərkən ehtiyatda olan zabit, hərbi icmalçı-analitik Ramil Məmmədli deyib.

R.Məmmədli qeyd edib ki, əgər Ermənistanda həqiqətən də bu cür silahlar olsaydı, aprel döyüşlərində istifadə edərdilər və məğlub duruma düşməzdilər:

“Müasir dövrdə hər bir ölkənin həqiqətən müstəqil olması ilk növbədə onun iqtisadi sərbəstliyindən və dövlət rəhbərliyinin müstəqil qərarlar qəbul edə bilməsindən asılıdır. Bunu isə bu gün “Ermənistan” adlandırılan bir quruma aid etmək düzgün olmazdı. Xarici yardımlar, müxtəlif fondların topladıqları sədəqə və ianələr hesabına mövcud olan kriminal rejimin, həmçinin bütün strateji obyeklərinin başqa dövlətlərə məxsus bir ölkənin hansısa müstəqilliyindən danışmaq belə gülüncdür. Ermənilərin parada hazırlıq məqsədilə nümayiş etdirdikləri “super” silahlara gəlincə bir məqamı xüsusi qeyd etmək istərdim. Əgər həqiqətən onlarda belə silahlar və o silahlardan istifadə etməyə “müstəqil” qərar qəbul etmək ixtiyarları olsaydı, aprel döyüşlərində məğlub duruma düşən Ermənistanın kriminal rejimi bu silahlardan mütləq istifadə edərdilər. Formal elan edilmiş müstəqillik günündə meydanlara çıxarılacaq döyüş texnikaları, silahlar isə erməni xalqının gözünə kül üfürmək və blefdən başqa bir şey deyildir.

Hələlik isə beynəlxalq hüquq normalarına hörmətlə yanaşan dövlətimiz, dünya ictimaiyyətinin münaqişənin həllinə ədalətli yanaşacağına, ədalətli həll ediləcəyinə ümüd edir. Münaqişənin sülh yolu ilə həll olunması üçün Azərbaycan tərəfi üzərinə düşən bütün addımları atır”. R.Məmmədli hesab edir ki,  Ermənistan kriminal hərbi-siyasi rejimi bu cür bleflərlə Azərbaycan əsgərini qorxutmağa, onun döyüş ruhunu zəiflətməyə nail ola bilməyəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar