Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Müəllimlərin açıq-saçıq geyimi şagirdlərə mənfi təsir göstərir“


“Bəzi müəllimlərin xarici görünüşü şagirdlərdə yanlış təsəvvür, zövqsüzlük yaradır"


"Bu müəllimlər açıq-saçıq, "təhsil və tərbiyə ocağı" adlanan məktəbə qətiyyən uyğun olmayan geyimləri, aşırı bər-bəzəkləri və davranışları ilə şagirdlərə mənfi təsir göstərirlər”.

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında deyib.

O bildirib ki, belələrinin arasında çox səriştəli, peşəsinin vurğunu, yüksək elmi savada malik müəllimlərə də rast gəlmək olar: “Lakin geyim tərzi və ümumilikdə xarici görünüş hər şey demək deyilsə də qeyd etdiyim bir çox faktorları güclü səciyyələndirir. Bu zaman müəllimin davranışının, danışığının, jest və mimikasının, maneralarının onun xarici görünüşü ilə vəhdət təşkil etdiyini unutmaq olmaz”.

M.Vəliyeva qeyd edib ki, müəllimlərin vahid forma geyinməsinin tərəfdarı deyil: “Müəllimlərin görünüşündə açıq-saçıqlıq, hədsiz rəngarənglik, yersiz makiyaj, uzun saqqal və sair kimi amillər yolverilməzdir. Nəzərə çatdırım ki, təhsil nazirinin 16 may, 2014-cü il tarixli, 600 saylı əmri ilə "Müəllimlərin etik davranış qaydaları" təsdiq olunub. Bu və digər məsələlər həmin qaydalarda öz əksini tapıb. Müəllimlərin bu qaydaları oxumaları və oradakı tələblərə əməl etmələri çox vacibdir”. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar