Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Müharibədə şəhid verilməlidir“


Bunu millət vəkili Aqil Abbas deyib


"Bu müharibədir, bu savaşdır. Hər gün atəşkəs pozulur".

ANS PRESS-in məlumatına görə, bunu millət vəkili Aqil Abbas deyib.

Onun sözlərinə görə, təxminən il yarım bundan öncə də Ağdam-Tərtər ərazisində belə hadisə baş vermişdi. 

"Yəni o hadisəni lokal müharibə də adlandırmaq olardı. Həmin vaxt mən bölgədə idim. 4 nəfər bizdən, 28 nəfər isə ermənilərdən həlak olmuşdu. Hətta ermənilər meyitlərini də qoyub qaçmışdılar. Düzdür, bu, ağır bir itkidir. Bir neçə gündə 8 şəhid verdik. Təbii ki, səngərdə olan adam ayıq-sayıq olmalıdır. Bizim əsgərlər onsuz da ayıq-sayıqdır. Orda əməlli-başlı döyüş gedib. Hər iki tərəfdən itkilər olub. İndi ermənilər itkilərin sayını yəqin gizlədirlər, hələ açıqlamırlar. Orda neçə gündür ki, müharibə gedir və kiminsə dediyi kimi guya bizim əsgərlər sayıq olmayıblar. Bi ifadənin özü yanlışdır. Əlibəylidə artıq neçə gündür ki, dayanmadan atışma gedir. Orda yatmaq da heç mümkün deyil. Allah son şəhidlərimizi versin. Bu müharibədir, əlbəttə şəhid verilməlidir. İndi kimsə sosial şəbəkədə yazır ki, ölkədə matəm elan edilməlidir. Bu, mənasız sözdür. Bu savaşdır. Onda müharibə gedən zaman gərək hər gün matəm elan edəsən. Adı atəşkəs olsa da əslində bu əsil müharibədir", - deyə millət vəkili bildirib. 

Qeyd edək ki, son 3 gün ərzində Azərbaycan ordusu 8 şəhid verib. Şəhid olanlardan 2-i gizir, 6-i isə əsgərdir. 

Onlar - Sumqayit şəhərindən həqiqi hərbi xidmətə çağırılan 1995-ci il təvəllüdlü əsgər Abdinov Hüseyn Etibar oğlu, Qazax rayonundan hərbi xidmətə çağırılan gizir 1977-ci il təvəllüdlü Almazov İsa Ziyad oğlu, Masalli rayonundan hərbi xidmətə çağırılan 1995-ci il təvəllüdlü əsgər Rəhimov Əli Fətulla oğlu, Xaçmaz rayonundan hərbi xidmətə çağırılan 1996-ci il təvəllüdlü Əlicoşqunov Mustafa Əhmədcan oğlu, Salyan rayonundan hərbi xidmətə çağırılan 1995-ci il təvəllüdlü əsgər Məmmədov Səftər Əlihüseyn oğlu, Quba rayonundan hərbi xidmətə çağırılan 1995-ci il təvəllüdlü əsgər İbrahimov Elnur Məhyəddin oğlu, Tovuz rayonundan hərbi xidmətə çağırılan 1995-ci il təvəllüdlü əsgər Poladov Vüqar Hidayət oğlu, Ağdam rayonundan hərbi xidmətə çağırılan 1992-ci il təvəllüdlü gizir Əhmədov Qaryağdı Eldar oğludur.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar