Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Müsavat diqqəti yayındırmaq üçün mitinq təyin edib”


“Müsavat diqqəti daxili gərginlikdən yayındırmaq üçün mitinqə gedir”


PİA.Az xəbər verir ki, bu barədə Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibinin müavini, millət vəkili Siyavuş Novruzov Müsavat Partiyasının dekabrın 14-nə mitinq təyin etməsinə münasibət bildirərkən deyib.

S. Novruzov Müsavat daxilindəki vəziyyətə diqqət çəkərək partiyanın parçalanma ərəfəsində olduğunu bildirib: “Belə bir vaxtda mitinqin təyin edilməsi suallar yaradır. Görünür, yeni rəhbərlik yaranmış gərginliyi aradan qaldırmaq, yaxud ən azından diqqəti daxili vəziyyətdən yayındırmaq üçün belə bir addım atır. Mitinq üçün hava şəraitinin də məqbul olmadığını nəzərə alsaq, bu ehtimal təsdiqini tapır. Amma Müsavat öz daxili problemini həll etməyə çalışsa, daha yaxşı olar”.

YAP rəsmisi Müsavat Partiyasının mitinqin Milli Şuranın keçirdiyi mitinqlərdən fərqlənməyəcəyini açıqlayıb.

“Milli Şura olduqca azsaylı mitinqlər keçirdi. Müsavatın mitinqi də bundan fərqli olmayacaq. Çünki bu partiyanın da sosial bazası olduqca zəifdir. Sadəcə ətraflarındakı 5-10 nəfər toplaşacaq, tribunaya çıxıb danışacaqlar. Sonra da dağılşacaqlar. Belə mitinqin olmağındansa, olmamağı daha yaxşıdır”, - deyə o vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar