Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Müsavat və AXCP ilə bağlı tənqidi fikirlərimiz dəyişməyib”


Natiq Cəfərli: “Müsavat Partiyası və “Nida” ilə danışıqların predmeti yalnız seçki dönəmində texniki yardımla bağlıdır”


Bunu APA-ya açıqlamasında REAL Hərəkatının icra katibi Natiq Cəfərli deyib. 

O, REAL-ın Müsavat Partiyası və “Nida” Vətəndaş Hərəkatı ilə apardığı danışıqların mahiyyətini açıqlayaraq bunun hər hansı siyasi blokun yaranmasına xidmət etmədiyini vurğulayıb: “Həm Müsavat Partiyası, həm “Nida”, həm də REAL hərəkatının seçkilərdə iştirak niyyəti var. Bu üç təşkilat arasında birgə müşahidənin təşkili, bir-birinin əleyhinə kampaniyanın aparılmaması ilə bağlı yalnız seçki dönəmini əhatə edən danışıqlar gedir. Yəni bu, nə blok, nə də seçkiyə birgə getmək anlamına gəlməməlidir. Hətta bir dairədən bu təşkilatların hərəsinin öz namizədi ola bilər. Yəni bu, dairələrin də razılaşdırılması prosesi deyil. Sadəcə, seçki dönəmində ortaya çıxa biləcək problemlərə dair qarşılıqlı yardım haqqında ilkin danışıqlar aparılır”.
 
N. Cəfərli əvvəllər Müsavat Partiyasının fəaliyyətini tənqid etməsinə baxmayaraq, indi bu təşkilatla danışıqlar aparmasına da aydınlıq gətirib: “Əslində həm Müsavat Partiyası, həm də AXCP ilə bağlı bizim tənqidi fikirlərimiz var və dəyişməyib. Ancaq burada söhbət hansısa uzunmüddətli əməkdaşlıqdan deyil, yalnız seçki dönəmində seçkilərə nəzarətdən gedir. Əgər AXCP də seçkiyə getsəydi, onlarla da bu cür danışıqlar aparardıq. Hesab edirik ki, bu təşkilatların ayrı-ayrılıqda seçkilərə nəzarət etməyə fiziki imkanları yoxdur. Ona görə də seçki dönəmində funksional əməkdaşlıqla bağlı danışıqların aparılması normaldır. Ümumiyyətlə, REAL-ın Azərbaycanda şəxslər və təşkilatlarla bağlı birliklərin uğursuzluqla nəticələnməsi haqqında mövqeyi həmişə açıq olub”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar