Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Müsavatla AXCP-nin birləşəcəyinə ümidlər heç oldu”


Tural Abbaslı: “Referendum öncəsi bu iki partiya arasında uçurum daha da dərinləşdi”


Son zamanlar demokratik düşərgə təmsilçilərində belə ümid yaranmışdı ki, referendum - ölkə konstitusiyasına məlum dəyişikliklər məsələsi Müsavat Partiyası ilə AXCP arasında buzları əridəcək. Gözləntilər var idi ki, hətta bu iki partiya yenidən bir araya gələcək, birlik formalaşdıracaq. Buna ümid edənlərin ümidi uzun çəkmədi ki, heç oldu. Bu barədə AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a açıqlamasında bildirib. Onun sözlərinə görə, referendum öncəsi keçirilən mitinqlər Müsavatla AXCP-nin arasında münasibətlərin daha da pisləşməsinə yol açdı. 

Bu iki partiya arasında yaxınlaşma, birlik yaranmaq əvəzinə uçurum daha da dərinləşdi: “Təəssüf ki, 2005-ci ildən bu yana müxalifət hakimiyyət uğrunda deyil, öz aralarında ”kim güclüdür" mübarizəsi aparır. Artıq onların rəqibləri sanki hakimiyyət deyil, özləridir. Bu yarış bəzən o həddə çatır ki, millətin, ölkənin maraqları bu yarışda ikinci plana keçir. Necə ki, son üç mitinqdə belə oldu. Bu mitinqləri elə bil ki, bir-biri ilə “kim güclüdür” yarışı olaraq keçirirdilər. Yarış əlamətləri özünü açıq-aşkar göstərdi. Buna o qədər qapıldılar ki, ümumi maraqlar qaldı kənarda. Bir-birilərinin mitinqlərinə tam heyətlə dəstək verməmələri, AXCP-nin Müsavatın mitinqindən bir gün əvvələ mitinq təyin eləməsi, Müsavatla birgə mitinq keçirməmək üçün 24 sentyabra planlaşdırılan mitinqdən imtina edilməsi dediklərimin sübutudur".

T.Abbaslı qeyd etdi ki, burada kimin daha çox günahkar olduğunu hər kəs gördü: “İkincisi də şəxsən mənim üçün maraqlı deyil ki, kim daha çox, kim daha az günahkardır. Fakt odur ki, hər iki partiyanın addımlarında yanlışlıqlar var, hər iki partiya xalqın etimadını itirməklə məşğuldur. Mitinqlərə insanların qatılmasının azalması da bunun sübutdur. İnsanlar bu mitinqlərin iki partiya arasında yarış mitinqləri olduğunu sezərək ikinci, üçüncü mitinqlərə gəlmədilər. Ayın 18-nə mitinq olduğu halda ayın 17-nə mitinq təyin eləmək prosesə, insanların ümidlərinə böyük bir zərbə idi. Məhz buna görə ayın 11-də mitinqə qatılan səmimi insanlar ayın 17-də keçirilən mitinqə gəlmədilər. Sadə insanlar partiya liderlərinin zənn elədiyi kimi siyasi savadsız deyillər. İnsanlar görür ki, iki partiya ən ağır bir mərhələdə, ortada bölünməli bir şey olmadığı halda belə bir araya gəlmək imkanında deyil. İnsanlar düşünür ki, bu vəziyyətdə olan qüvvələr sabah hakimiyyətə gəlsələr aralarında yenə ciddi mübarizə gedəcək və bu dəfə ölkə daha ciddi zərbələr görəcək. Bu iki partiyanın liderlərinin ambisiyaları, böyük problemlərin qarşısında kiçik hədəflərə oynamaları belə bir vəziyyət yaradıb. 

Bu baxımdan, hesab edirəm ki, müxalifətin siması dəyişməlidir və dəyişəcək. Xalq artıq sosial sifariş kimi yeni simalar, yeni adlar, yeni şüarlar, yeni təşkilatlar tələb edir".   

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Ən çox oxunanalar