Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Müttəfiqimizə zərər verən bir şəxsi qorumaq fikrimiz yoxdur“


"Türkiyənin müttəfiqi olaraq ABŞ Türkiyəni tam dəstəkləyir"


APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyəyə səfəri çərçivəsində baş nazir Binali Yıldırımla keçirdiyi mətbuat konfransında deyib.

 O, iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhd zamanı türk xalqının cəsarətinə heyran qaldıqlarını bildirib: “Biz onların tək qəhrəmanlıqlarını deyil, demokratiyaya olan bağlılıqlarını da alqışlayırıq. Onlar ölkələrinin güclü və demokratik qalması üçün canlarını verdilər”.
 
C. Bayden Türkiyədə dövlət çevrilişinə cəhdin arxasında ABŞ-ın dayanması ilə bağlı fikirlərə də münasibətini bildirib. O qeyd edib ki, ABŞ qətiyyən  bu hadisə haqda əvvəlcədən xəbərdar olmayıb: “Amerika xalqı baş verənlərdən son dərəcədə kədərlidir və nifrətlə qarşılayır. Bizim əvvəldən bu barədə bilgimiz olmayıb. Hadisə baş verən zaman bunu dərhal qınadıq. Çevrilişə qarşı Türkiyə xalqı ilə çiyin-çiyinəyik. Türk xalqının Amerikadan yaxşı dostu yoxdur. Biz hər zaman ortaq dəyərlər və ortaq təhlükəsizliyimiz üçün birlikdəyik”.
 
C. Bayden Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi məsələsinin hüquqi prosedurdan asılı olduğunu söyləyib: “Bu çərçivədə Türkiyənin səlahiyyətli şəxsləri ilə əməkdaşlıq edirik. Hüquqşünas mütəxəssislərimiz türk həmkarları ilə çalışır, dəlil və sənədləri araşdırırlar. Bu dəlil və sənədlər ABŞ məhkəməsinə təqdim ediləcək. Bu şəkildə Fətullah Güləni təhvil verə bilərik. Bizim heç bir şəkildə hər hansı şəxsi qorumaq, xüsusilə bir müttəfiqimizə zərər verən şəxsi qorumaq niyyətimiz yoxdur, amma qanunlarımıza boyun əymək məsuliyyətimiz də var. Bu, bir az zaman alacaq”.
 
ABŞ-ın vitse-prezidenti Türkiyəni İŞİD-lə mübarizəyə başlaması münasibətilə təbrik edib. O bildirib ki, koalisiya qüvvələri İŞİD-i Suriyada vurmağa davam edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar