Zərdüşt Əlizadə: “Vəziyyəti Ukrayna ordusunun xeyrinə dəyişmək üçün vaxt yoxdur”
Məlum olduğu kimi, rəsmi Kiyev nəhayət ki, NATO-nun Ukraynaya hərbi dəstək verməyə başladığını bildirib.
Bununla bağlı Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə bu dəstəyin Rusiya-Ukrayna qarşıdurması baxımından heç nəyi dəyişməyəcəyini vurğulayıb:
“NATO-nun bu dəstəyi heç nəyi dəyişməyəcək. Çünki bu yardımın mahiyyəti yalnız zirehli gödəkçə, dəbilqə, ərzaq və s-dən ibarətdir. Bu cür dəstək isə qarşıdurmanın gedişinə ciddi təsir göstərə bilməz. Bu gün proseslər o qədər sürətlə cərəyan edir ki, vəziyyəti Ukrayna ordusunun xeyrinə dəyişmək üçün sadəcə vaxt yoxdur”.