Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“NİDA-çıların həbsdə olmasının səbəbkarı İsa Qəmbərlə Əli Kərimlidir”


“Azərbaycan hüquqi dövlət olduğundan bütün məsələlər hüquq çərçivəsində həll edilməlidir. Kimliyindən asılı olmayaraq, vətəndaş fəaliyyətində cinayət hadisəsinə yol veribsə, hüquq qarşısında cavab verməlidir”.


Bunu mətbuata açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı NİDA-çı gənclərə verilmiş məhkəmə hökmünün bir qrup müxalifət nümayəndəsi tərəfindən siyasiləşdirilməsinə münasibəti bildirərkən deyib.

BAXCP rəsmisi qeyd edib ki, NİDA gənclər təşkilatının üzvlərinin bu gün həbsdə olmasının bilavasitə səbəbkarı İsa Qəmbərlə Əli Kərimlidir: “Onlar nəinki bu gəncləri, eyni zamanda ətraflarında olan bütün gəncləri ölkədə iğtişaşlar törətməyə, qarşıdurmalar yaratmağa yönləndirirlər. Bu gənclər hesab edirlər ki, belə qarşıdurmalar yaratmaqla İsa Qəmbəri və ya Əli Kərimlini hakimiyyətə gətirə bilərlər. Onların gənclər siyasətinin mahiyyəti budur. Düşünürlər ki, Azərbaycanda bir qrup gənci öz təsirlərinə salıb ölkədə inqilablar edə bilərlər. Bu, çox yalnış fikirdir. Həbs edilən gənclər məhz bu siyasətin qurbanlarıdır”.

N.Orduxanlı onu da qeyd edib ki, hətta NİDA-çı gənclərin istintaq prosesi bitməmiş radikal müxalifətin rəhbərliyində olan aparıcı şəxslər Kislovoskda, Pyatiqorskda, Rusiyanın ən mötəbər sanatoriya və kurortlarında istirahətə gediblər: “Onların heç yadlarına da düşməyib ki, bu gənclər onlara görə həbsə atılıb. İsa Qəmbər öz oğlunun Azərbaycan ordusunda iki ay xidmət etməsinə belə razı olmadı. O, oğlunu xəstə obrazı altında gizlətdi ki, vətəninə xidmət etməsin. Əli Kərimli oğlunu Avropada, İngiltərədə böyük məbləğdə pullar hesabına oxutdurur. Amma başqa gəncləri həbsxanalara göndərir. Təəssüf ki, bu siyasət yenə də davam edir”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar