Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Naşı əməliyyatçıların işi”


Xalid KAZIMLI yazır


Təxminən 15 il öncəydi, Səbayel rayon Polis İdarəsinin hansısa bölməsinin əməkdaşlarının əlindən xəta çıxmışdı: toydan çıxdıqdan sonra xanımı ilə küçədə mübahisə edə-edə evinə gədən İlqar adlı bir gənci aparıb bölmədə döymüşdülər və adam ölmüşdü. Ölkə mətbuatı bundan yazırdı. Müsahibimiz bir sabiq polis rəisi idi. 

Öz zamanında bacardığı qədər yaxşı işləməyə çalışmış bu şəxs heç nədən çəkinməyərək müxalifətə qoşulmuşdu və vaxtaşırı qəzetlərdə ekspert şərhləri ilə çıxış edirdi. Münasibətimiz yaxşıydı. “Bölmədə işgəncə” məsələsi aktuallaşanda ondan soruşduq ki, şübhəli şəxs qismində saxlanılanların döyülməməsi mümkün deyilmi, onlardan ifadəni təzyiqsiz, qanunlar çərçivəsində almaq olmazmı. 

Sabiq rəis bir az düşündü və təxminən belə cavab verdi: “Biz buna ”şübhəli şəxslə profilaktik tədbirlər aparmaq" deyirik".

Sonra o, məsələnin incəliklərini xırdaladı və dedi: “Təsəvvür edin ki, qarşınızdakının qətl törətdiyini bilirsiz, amma yatıb-çıxmış adamdır, təcrübəlidir, izi elə itirib ki, onu axtarıb tapmaq aylarla vaxt apara bilər, ona görə də məcbursunuz  onun üzərində profilaktiki iş aparasız ki, dili açılsın. Bölməyə yeni düşənlərlə asandır, qorxuzan kimi danışırlar, ya günahlarını etiraf edirlər, ya da əsl caninin adını çəkirlər, amma təcrübəli residivistlərlə gərək bir az çox işləyək”.

“Çox işləyəndə də ölürlər axı”, -dedim. Sabiq rəis halını pozmadı: “Bu da naşı əməliyyatçıların işidir. Təcrübəli əməliyyatçılar caniləri bülbül kimi oxudurlar, heç kəs də ölüb-eləmir”.
“Yəni fiziki təzyiq olmadan hansısa cinayətin üstünün açılması mümkün deyil?”. Sabiq rəis o illərdə də yayğın olan arqumentə əl atdı: “Bütün ölkələrdə belədir. Ağlınız bəzi filmlərə getməsin. Amerikada da canilərin başını sığallamırlar. Əgər onlarla azca mülayim davransaq, birindən bir kəlmə söz qoparda bilmərik”.

Bu, dolayısıyla işgəncəyə haqq qazandırmaq idi. Polkovnik içindən çıxıb gəldiyi reallıqlardan danışırdı. Əməkdaşlarımız baxışdılar ki, gördünüzmü, sabiq rəis poqon yoldaşlarının tərəfini tutdu, halbuki dünənə qədər onlardan çox narazılıq edirdi.

Ondan sonra da bu sayaq hallar vaxtaşırı baş verirdi. Görünür, sovet dövründən, hətta ondan da qat-qat əvvəldən miras qalan “etiraf etdirmə” ənənəsi bu gün də vazkeçilməzdir. 

İndi də deyə bilərlər ki, bənzər xəbərlər tərifli ölkələrdən də gəlir. Artıq Amerikada cinayət törətməkdə şübhəli olan şəxsləri polis bölməsinə aparıb öldürmürlər, elə küçədəcə güllələyirlər. Az qala hər gün belə xəbərlər yayılır. Bu davranışa görə ABŞ-da az qala hər həftə iğtişaşalar baş verir. Xüsusilə də ağdərili polislərin qaradərili caniləri güllələməsi kütləvi aksiyalara səbəb olur. 

Bununla belə, bütün dünyada yazılı qanunlar, qüvvəyə minmiş beynəlxalq konvensiyalar var, onların müddəalarına görə, istintaqa cəlb edilmiş şəxslərə işgəncə vermək, fiziki, psixoloji təzyiq göstərmək, şəxsiyyətlərini və ləyaqətlərini alçaldan hərəkətlərə yol vermək olmaz. Bu qanunlarda heç bir əlyeri, istisna məqamı da yoxdur ki, cinayət üstündə tutulanlara işgəncə vermək olar, amma siyasi motivlərlə tutulanlara olmaz.

Hərçənd 1998, 2000, 2003, 2005, 2002-ci illərdə siyasi motivlərlə həbs olunan şəxslərlə amansız davranıldığı, onlara dözülməz işgəncələr verildiyi halları məlumdur. Hətta “işgəncə kralı” kimi şöhrət qazanananlar vardı. 

Mingəçevirdə baş verən kütləvi aksiyanın, vətəndaşlarla polis qüvvələrinin arasındakı qarşıdurmanın başlıca səbəbi də budur. Etiraz edənlər əmindir ki, Bəhruz adlı gənci bölmədə döyüb öldürüb, sonra da 3-cü mərtəbədən ataraq olaya intihar süsü veriblər.

Ya belədir, ya belə deyil, fərq etməz, gənc adam bölmədə ölüb. Hətta o, polis bölməsində intihar edibsə belə, demək, onu intihar həddinə çatdıranlar olub. Bu işdə rolu olanların cəzalandırılması şərtdir. 

Qoy əməliyyatçı polislərimiz özlərini Türkiyə telekanalı yayımlanan məşhur “Arka sokaklar” serialındakı komissar Məsud kimi aparmasınlar, qabaqlarına keçəni şillə-təpiyin altına salmasınlar. Dörd divar arasının zəhmi ağırdır, ilk dəqiqələrdə danışmayanlar bir saatdan, bir gündən sonra onsuz da danışacaqlar. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar