Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Natəvan Anar Məmmədovun məşuqəsi deyildi...”


Nəqliyyat naziri Ziya Məmmədovun ailə biznes imperiyasına daxil olan və nazirin oğlu Anar Məmmədov tərəfindən idarə edilən şirkətlərdən biri-“Garant Sığorta”nın qətlə yetirilən işçisinin bacısı bu səs-küylü cinayət barədə mətbuatda yazılanlara münasibət bildirib


Qətlə yetirilən Natəvan Əliyevanın  bacısı Nərminə Məmmədova “Novosti-Azərbaycan”a açıqlamasında onun nazir oğlunun rəfiqəsi olması barədə “Yeni Müsavat” qəzetinin sosial şəbəkələrə istinadən yaydığı məlumatı təkzib edib. 



N.Məmmədova bildirib ki, onun bacısının yolu “Qarant Holding”in prezidenti Anar Məmmədovla nə işlə bağlı, nə də şəxsi məsələlərlə bağlı heç vaxt kəsişməyib. “Çətin ki onlar müşavirələrdə və korporativ toplantılarda da bir-birlərinə salam veriblər” deyə N.Məmmədova bildirib. 

“Yeni Müsavat” qəzeti yazmışdı ki, qətldən bir neçə gün əvvəl Natəvan “heç kimin gözləmədiyi halda” Bakının mərkəzində bahalı mənzil alıb. İş yoldaşları şübhələniblər ki, onun həyatında imkanlı kimsə var. Bacısı isə deyir ki, Natəvan “xruşşovka”da yerləşən birotaqlı mənzili ipoteka krediti ilə almışdı. “Bunu təsdiq edən sənədlər var. O vaxta qədər isə bacım kirayə yaşayırdı. Beş il idi ki, hər ay ipoteka kreditini geri qaytarmaq üçün ayda 500 manat ödəyirdi. Bunu bütün yaxınlar və tanışlar bilir” deyə o bildirib. N.Məmmədova mərhum bacısının aldığı mənzilin bahalı olduğu haqda deyilənləri də təkzib edib, bildirib ki, həmin mənzil “Dostluq” kinoteatrının yaxınlığında yerləşir və çoxdandır təmirsiz vəziyyətdə idi, sahəsi isə çox kiçik olub. “Natəvan imkan düşdükcə mənzili təmir elətdirirdi” deyə o bildirib. 



Bacısının “gözlənilmədən xidməti pilləkənlərdə qalxdığı” barədə yazılanlara cavab olaraq isə N.Məmmədova deyib ki, Natəvan BDU-nun beynəlxalq hüquq fakultəsini fərqlənmə ilə bitirmişdi, sığorta sektorunda 10 illik iş təcrübəsi var idi. 2012-ci ildə o, rəhbər vəzifə tutmaq üçün xüsusi imtahan verib və “Qarant Sığorta”nın iki işçisi ilə birlikdə şirkətin idarə heyətinin üzvü seçilib. Bacısı deyib ki, Natəvanın işdə ciddi problemi və münaqişəsi yox idi. 

Xatırladaq ki, bu səs-küylü qətli törətdiyi üçün Quba rayonundan olan 26 yaşlı Tahirov Tərlan Rahib oğlu iyulun 22-də həbs edilib. O, mətbəx mebeli yığan ustadır və qətli soyğunçuluq məqsədi ilə törətdiyinə dair ifadə verib. Bu şəxs qətldən bir neçə gün əvvəl Natəvanın mənzilində mebel quraşdırıbmış. Qətl hadisəsi iyulun 12-də törədilib. Qətlə yetirilən gənc qızın nazir oğlunun sığorta şirkətinin rəhbərliyində yer aldığına görə bu cinayət hadisəsi geniş rezonans doğurub, mətbuat bu hadisə ilə bağlı adı onsuz da qalmaqallardan əksik olmayan oliqarx oğlunun adını hallandırmağa başlayıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar