Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“National Geographic“ Azərbaycan dilində


"Garant" Media Holding "National Geographic" jurnalının Azərbaycanda yerli dildə dərc edilməsi üçün Milli Coğrafiya Cəmiyyəti ilə partnyorluq əlaqəsi yaradıb


 "National Geographic Azərbaycan" jurnalının dərc edilməsinə 2014-cü ilin sentyabr buraxılışı ilə start veriləcək və bu buraxılışın ən mühüm materialı "Azərbaycanın rəngləri" haqqındadır. Jurnal aylıq dərc olunaraq qəzet köşklərində və abunə yolu ilə satılacaq.
 
Yeni "National Geographic Azərbaycan" jurnalı bu gün Bakıda təqdim olunub. Tədbirdə "National Geographic" jurnalının fotoqrafı Rza Diqqəti, "National Geographic" jurnalının və xəbərlərinin baş redaktoru Syuzan Qoldberq "National Geografic" Cəmiyyətinin baş hüquqşünası Terens B.Adamson iştirak ediblər.
 
Yeni buraxılışda ingilisdilli buraxılışdakı və azərbaycanlı oxucuların maraq dairəsinə uyğun materiallar əhatə olunacaq. Jurnalın qiyməti 4 AZN (5 ABŞ dolları) təşkil edəcək.
 
"National Geographic" jurnalı Qafqazda ilk dəfə 2012-ci ildə Gürcüstanda dərc edilməyə başlanıb və artıq jurnalımızın yerli dillərdə dərc olunan 40-cı versiyası - "National Geographic Azərbaycan" sayəsində regionda daha çox təmsil olunacağımız üçün çox həyəcanlıyıq, - deyə T.B.Adamson bildirib. - "National Geographic" jurnalı planetimiz üçün həyati əhəmiyyət kəsb edən kritik məsələlərə zamanında toxunduğu üçün mükafatlar əldə etməyə davam edir və biz bu mühüm məsələlərlə əlaqədar materialları yerli dildə Azərbaycana bəxş etmək məqsədilə "Garant" Media Holding ilə əməkdaşlıq etdiyimiz üçün çox həyəcanlanırıq".
 
1888-ci ildən dərc olunan ingilisdilli "National Geographic" jurnalı hərtərəfli və aktual məqalələr, əfsanəvi fotoillüstrasiyalar və xəritələr vasitəsilə mədəniyyət, təbiət, elm və texnologiya sahələrini dərindən əhatə edir. Jurnal hər ay dünyanın 60 milyon oxucusu tərəfindən oxunur. Artıq jurnal ingilis dilindən əlavə, 40 yerli dildə dərc olunur. Azərbaycan versiyasından əvvəl 2013-cü ilin mart ayında jurnalın Ukrayna versiyası ilk dəfə işıq üzü görüb, həmin ilin iyul ayında isə Tayvan versiyasına Honkonq versiyası əlavə olunub.
 
İnsanları planetimizin qayğısına qalmağa təşviq etmək missiyasına sahib olan 126 yaşlı Milli Coğrafiya Cəmiyyəti dünyanın ən böyük qeyri-kommersiya elm və təhsil təşkilatlarından biridir. Üzvləri tərəfindən dəstəklənən, təşviq etmək, maarifləndirmək və öyrətmək üçün fəaliyyət göstərən cəmiyyət hər ay KİV platformaları, məhsul və tədbirləri vasitəsilə dünyada 600-dən artıq insana müraciət edir. Milli Coğrafiya Cəmiyyəti 11 mindən artıq tədqiqat, mühafizə və araşdırma layihəsini maliyyələşdirib və onun təhsil proqramları vasitəsilə coğrafi biliklər genişləndirilir.(trend)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar