Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nə? Harada? Nə zaman? ” - Bərdədə

Mayın 26-da Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecində Gənclər və İdman idarəsinin və tələbə-gənclər təşkilatının birgə təşkilatçılığı ilə “28 may- Respublika günü”nə həsr olunmuş qrup komandaları arasında “Nə?Harada?Nə zaman? ” intellektual oyununun kollec birinciliyi keçirildi


Yarışda kollecin 7 komandası  iştirak edirdi..

Komandaların bilik səviyyələrinin qiymətləndirilməsi üçün aşağıdakı tərkibdə münsiflər heyəti təyin edilmişdir:

        1.Aydın Qasımov       - Gənclər və idman idarəsinin baş məsləhətçisi - sədr  
        2.Xosrov Musayev - BDİT kollecin müəllimi, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru-üzv
        3.Avtab Cəbrayılova - Gənclər və idman idarəsinin məsləhətçisi-üzv
        4. Nicat Əhmədov- “Azəri” Gənclərin Vətənpərvərlik klubunun sədri
        5. Nəsibə Kərimova- “Xətai” Gənclərin maraqlar üzrə kubunun  sədri 

Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq tələbələri qarşıdan gələn “28 may- Respublika günü”  münasibətilə təbrik etdi və    tədbirlə bağlı məlumat verdi.

Vətənimizin azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.      

Əsasnaməyə uyğun olaraq oyun 1 mərhələdə keçirilmiş, komandalara 30 sual verilmişdir.Duzgün cavablandırılmış suallar 1 balla qiymətləndirilmişdir.Hər 10 sualdan sonra 10 dəqiqəlik tənəffüs verilmişdir.

Daha çox bal (16 bal) toplayan “Qələbə” komandası (kapitan Nigar Süleymanlı) I yeri,  “Qarabağ”  komandası (Cavad Məmmədov)15 balla II yeri, “Ziya”  komandası (Fərhad Məmmədov)  isə  13 balla III yeri tutmuşlar (yarışın protokolu əlavə olunur).

Yarışın   keçirilmə vaxtı heç bir əsasnamə pozuntusuna yol verilməmişdir.

Yekunda   Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov çıxış edərək ikinci dəfə qazanılmış müstəqilliyimizin qorunub saxlanılmasında  ümummilli lider Heydər Əliyevin  göstərdiyi əvəzsiz xidmətlərindən, dövlət quruculuğunun hüquqi bazasının yaradılmasından,  onun Azərbaycan gəncliyinin hərtərəfli inkişafına göstərdiyi xüsusi diqqət və qayğısından, gənclərimizin  vətənpərvərlik  ruhunda tərbiyə olunması sahəsində görülən işlərdən  danışdı. Qeyd etdi ki, milli dövlətçiliyimizin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər  ölkə başçımız cənab  İlham Əliyev tərəfindən  bu gün də uğurla davam etdirilir.

Tədbirin açılışında və fasilələrdə Gənclər və İdman idarəsinin könüllüləri tərəfindən hazırlanmış musiqi nömrələri iştirakçılara təqdim olundu.        
   
 Qaliblərə  təşkilatçılar tərəfindən hazırlanmış müvafiq dərəcəli diplomlar təqdim olundu. 
Kollecin müəllimi, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Xosrov Musayev kollektiv adından Gənclər və İdman idarəsinə minnətdarlıq bildirdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar