Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Necə olur ki, Fuad Qəhrəmanlı müavin ola bilir, ancaq mən...?!“


Əli Kərimlinin partiyadan getmiş keçmiş müşaviri Şakir Abbasov (onun müşavir deyil, partiyanın sıravi üzv olduğu deyilir)


PİA.AZ xəbər verir ki, ölkə.az-a bu vəzifədə olmadığını söyləyən bütün insanlara cavab verib.

Şakir Abbasov: "Bu çox səhv fikirdir. Elə bir şey olmayıb, olsa təşkilatın sədri çağırar adama deyər ki, vəziyyət budur. Necə olur ki, mən müşavir təyin olunmağım barədə hər yerdə, qəzetlərdə filan deyirəm, ancaq bu vəzifədən getməyimdən xəbərim yoxdur. Bu gün bir neçə jurnalistlər belə yazır. Burda qəbahət bir şey yoxdur. Əgər müşavir olmasam, çağırıb normal şəkildə "sən müşavir deyilsən" deyə bilərdilər. Məgər onlar ordan bütün gedənləri bu cür yola salırlar? Hərəyə bir damğa vurmağa nə ehtiyac var. Necə olur ki, Fuad Qəhrəmanlı müavin ola bilir, ancaq mən müşavir ola bilmirəm?! Mənim təcrübəm də ondan böyükdür, getdiyim yol da...Yəni bu hamısı göz qabağındadır. Bu insanlar niyə axı özlərinə bu qədər Allah kimi böyük baxırlar..."

- Müşavir vəzifəsini nə qədər vaxtdır icra edirsiniz?

- Artıq 2 il var.

- Bu müddət ərzində sizə müşavir olmadığınızı kimsə demişdi?

- Xeyr, heç kim. Heç sədr belə bu barədə heç bir şey deməyib. Hər yerdə, bütün yazılarımda, çıxışlarımda müşavir olduğum qeyd olunurdu. Mən ümumiyyətlə elə adamların fikirlərinə cavab vermək istəmirəm.Gedənlərin hamısına onlar bir şey qoşurlar.

- Son olaraq bu barədə nə demək istəyərdiniz?

- Heç bir şey. Onlar düz yolda deyillər. Orda bir qrup adamlar var ki, AXCP-ni mənimsəyiblər. Bu gün Əbülfəz Elçibəyin ünvanına ən təhqiramiz sözlər orda gedir. Buna görə də onlarla sözlərim düz gəlmir. Ancaq özlərini düşünürlər,milləti deyil. Mən orda həm müşavir, həm fəhlə, həm məhbus idim. Onlara görə, mən onlara baş əyməli idim. Onlar nə desə razılaşmalı idim. Mən döyüşlərdə olmuşam, mübarizə görmüşəm. Hər zaman onlara deyirdim ki, bu Əbülfəz Elçibəyin mülkidir, sizin malınız deyil. Burda böyük siyasi qüvvələr yetişib. Fəaliyyət boyu hər zaman sıravi cəbhəçiləri müdafiə etmişəm. Mən təmannasız Əbülfəz ELçibəyin yolu ilə gedən adamam. Mən yenə də demokratik yolda mübarizəmi aparacam, sadəcə müstəqil şəkildə. Bu gün görün millət nə vəziyyətdədir, ancaq onlar siyasi alverlə məşğul olub pul qazanırlar".

Xatırladaq ki, AXCP sədr müavini Fuad Qəhrəmanlı açıqlamasında Qarabağ qazisi, Milli Azadlıq Hərəkatının fəallarından olan Şakir Abbasovu partiyada müşavir deyil, sıravi üzv olduğunu bildirmişdi.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar