Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nemtsovun qətli ilə ikinci savaşa start verildi”


“Ukraynanın şərqindəki müharibəni Rusiyanın içərilərinə doğru yeritmək üçün Qroznıdan başlamağı hamının proqnozlaşdırdığı halda Moskva sifarişli qətllərin paytaxtına çevrilirsə, deməli, artıq Putini daxildə təkcə siyasi əleyhdarları ilə boğmağı deyil, həm də terrorla üz-üzə qoymağa çalışırlar. Bu yerdə məşhur Nord-Ost əməliyyatını xatırlamaq kifayətdir”.


 Bu sözləri Axar.az- a açıqlamasında millət vəkili Zahid Oruc deyib.
 
Onun sözlərinə görə, vaxtilə Çeçenistandan gedən terror qrupları da milli azadlıqlarına nail olmaq üçün başqa alternativ görməmişdilər:
 
“Onlar rusların sabitlik paytaxtına və Kremlin dayaqlarına məhz Moskvada zərbə vurmaq istəmişdilər. Ona görə də Nemtsovun tərcümeyi-halı üzərində, yaxud onun Putin əleyhinə mübarizənin Nelson Mandelasına çevrildiyi üçün hər bir hərəkətində dünənki qətlə doğru addım-addım gəldiyini düşünənlər unudur ki, ən sadə versiyanın üzərində qərarlaşıblar. Əslində, Rusiya lideri rəqiblərinin cəsədinin onun üzərində qalacağını nəzərə alaraq, əksinə, Nemtsovları qorumaqda maraqlı idi. Ona görə də son terror olayı böyük müharibəni planlaşdıranların çox amansız layihəsidir və böyük savaşların anonsudur. İndi bütün dünya Putinin daxildəki 80 faizini ələ almağa girişəcək. Ukrayna müharibəsi Nemtsovun qurban getməsinə rəvac verməklə, müharibə tərəfdarlarının qələbə çalmasına şərait yaratdı. Mistikasız, konspirasiyasız yüz il əvvələ qayıtmağa ehtiyac var. Avstriya-Macarıstan imperiyasının vəliəhdi Frans-Ferdinandı qətlə yetirən serb terrorçusuna qarşı müharibə Birinci Dünya savaşının formal səbəbinə çevrilmişdi”.
 
Millət vəkilinin sözlərinə görə, Qərb Rusiyanı məhv etməyin ikinci fazasına start verib:
 
“İndi Qərbin maraq qrupları içərisində, daha doğrusu, Avropanın vəliəhdi kimi davranan siyasətçilər ordusu, o cümlədən, Nemtsov aradan götürülürsə, deməli, son hadisə məhz Putinə və Rusiyaya qarşı aparılan savaşın tərkib hissəsidir. Günahkarların tapılmasından asılı olmayaraq bir yəqinlik, qənaət hamı tərəfindən qəbul olunmalıdır: silah siyasi münasibətlərə qayıdırsa, onda keçmiş sovet regionu qeyri-sabiltik atmosferinə daxil olmuşdur, demək. Yəni SSRİ-nin dağılmasından sonra Qərb Rusiyanı məhv etməyin ikinci fazasına start verib. İndi meydanlara çıxıb səmimiyyətlə çox parlaq liderlərinə, gerçəkdən də erudisiyalı və ardıcıl, prinsipial bir xətt izləyən Nemstova göz yaşlarını axıtmaqda nə qədər haqlıdılarsa , bir müddət sonra atılan güllələrin məhz rus xalqına qarşı yönəldiyinə də əmin olmalıdılar”.
 
Z.Oruc bildirib ki, bütün hallarda terror lənətlənməlidir:
 
“Lakin onu pisləyərkən sıralarınıza diqqətlə baxın. Məsələn, Parisdə “Şarli” ilə həmrəylik mitinqinə qoşulan liderlərdən neçəsinin həmin aksiyaya qatılmağa mənəvi haqqı vardı? Ona görə rusların xalq misalına görə “oğrunu tutun” deyərək bağıranın sonda elə həmin cinayəti törədən olduğu üzə çıxır”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar