Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nida“çı məhbuslar aclıq bəyanatı yaydılar


"Nida" vətəndaş hərəkatının həbs edilmiş üzvləri bu gün məhkəmədə prokurorun onlara ağır və əsassız cəza istəməsini nəzərə alaraq aclıq aksiyasına başlamaq barədə qərar qəbul edib və müvafiq bəyanat yayıblar.


PİA.AZ bildirir ki, Musavat.com-a daxil olan bəyanat mətnində bildirilir:

"2013-cü il 7 mart tarixindən "Nida" vətəndaş hərəkatına qarşı başlanmış repressiyalar nəticəsində hələ də məşhur  "Nida işi" üzrə 8 nəfər olaraq, həbsdəyik. 7 aylıq ibtidai istintaq zamanı bir neçə saatlıq dindirilməmiz və yumoristik "məhkəmə" adlı tamaşamız sübut etdi ki, biz siyasi sifarişlə, qanuni haqlarımızı həyata keçirdiyimizə görə həbsdə saxlanılırıq. Yarım illik məhkəmə prosesi zamanı vəsatətlərimizin əsassız olaraq rədd edilməsi, sübut sayıla bilməyən ifadələrin, əşyaların sübut hesab edilməsi göstərir ki, bizə qarşı ağır ittiham hökmü hazırlanır. Bu gün dövlət ittihamçısının 6 il ay – 8 il 6 ay  azadlıqdan məhrumetmə tələbi də bunun təsdiqidir. Bu siyasi ayrıseçkiliyə və repressiyaya etiraz olaraq, biz azad edilməyimiz tələbilə bu gündən aclıq aksiyasına başlayırıq. Məsələyə daha realist yanaşsaq, hesab edirik ki, 1 ildən çoxdur davam edən prosesin sifarişli şou olduğunu hakimiyyyət etiraf etməz və nəticədə bizə bəraət hüququ verməz. Ona görə də hakimiyyətə siyasi iradə nümayiş etdirərək, hər hansı vasitə ilə bizi həbsdən buraxmağı təklif edirik. Məqsədimiz  "Nida"nın əzəli vasitəsi olan dinc yollarla azadlığa  nail olmaqdır. 
 
Bütün  mümkün zərərləri nəzərə almışıq. İradəli və möhkəmik. İnanırıq ki, azadlığımıza qovuşacağıq".

Bəyanatı imzalayanlar: 
 
Novruzlu  Şahin İbrahim oğlu
Əzizov Məmməd Rasim oğlu
Quliyev Bəxtiyar Səməndər oğlu
Həsənov Rəşad Zeynalabdin oğlu
Məmmədli  Üzeyir  Məhəmməd oğlu
Axundov Rəşadət Fikrət oğlu
Qurbanlı Zaur Araz oğlu
Rüstəmzadə İlkin Bakir oğlu


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar