Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nifrət Nitqinə Yox Hərəkatı Gənclərin Gözü ilə”


“Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyi regiona gənclərini Bakıya toplayacaq


“Sivilizasiyalararası dialoq, multikulturalizm dünyada sabitliyin qorunması, cəmiyyətlərin inkişafı və münaqişələrin qarşısının alınması baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycan dünyada bu baxımdan güclü ənənələrə, potensiala və inkişaf xəttinə malik bir ölkə kimi dəyərləndirilməkdə və tanınmaqdadır. “Nifrət Nitqinə Yox Hərəkatı Gənclərin Gözü ilə” layihəsi bir daha ölkəmizin bu sahədə həyata keçirdiyi ardıcıl siyasətin təbliği məqsədi daşıyır”. Bunu açıqlamasında Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud bildirib. 27 avqust 2014-cü ildə təlimin açılış mərasimi olacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə DANİB-in həyata keçirdiyi “Nifrət Nitqinə Yox Hərəkatı Gənclərin Gözü ilə” layihəsi sülh şəraitində birgə yaşamaq, qarşılıqlı inam və mədəni əlaqələr üçün dialoqun qurulması, sülh quruculuğu, dözümlülük, sərhədlərarası əməkdaşlıq, fəal vətəndaşlıq və şəxsi-professional inkişaf, milli dəyərlərə söykənərək qeyri formal təhsil vasitəsilə gənclərin fəal iştirakının artırılmasını hədəfləyir.

27 -31 avqust 2014-cü il tarixlərində AF Hoteldə keçiriləcək təlimdə ölkənin Şəmkir, Gəncə, Kəlbəcər, Bərdə, Qəbələ, Tovuz, Lənkəran və digər şəhər, rayonları təmsil edən 25 gənc iştirak edəcək. 5 gün müddətində davam edəcək təlimdə iştirakçılara layihə çərçivəsində hazırlanmış kitabça və poster və digər təbliğat materialları təqdim olunacaq.

Təlim kursları hazırlanmış proqrama uyğun olaraq bu sahədə beynəlxalq təcrubəsi olan yerli ekspert tərəfindən aparılacaq.

Hörmətlə, DANİB İctimaiyyətlə əlaqələr bölməsi


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar