Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nokia 8”-in yeni versiyası satışa çıxarılacaq


Finlandiyanın “HMD Global” şirkəti qabaqcıl “Nokia 8” smartfon modelinin təkmilləşdirilmiş versiyasının buraxılacağını rəsmən təsdiq edib


İKT.lent.az-ın 3dnews.ru-ya istinadən xəbərinə görə, qurğu orijinal “Nokia 8”dən texniki xüsusiyyətlərinin daha da yaxşılaşdırılması ilə fərqlənəcək.
 
6 GB-lıq operativ yaddaşla təchiz ediləcək təkmilləşdirilmiş “Nokia 8” modelinin quraşdırılmış yaddaş tutumu 128 GB-dək artırılacaq. Smartfonun yalnız göy rəngdə buraxılması planlaşdırılır.
 
Bildirilir ki, “Nokia 8” oktyabrın 20-dən etibarən Avropada 670 avroya satışa çıxarılacaq ki, bu da 4 GB-lıq operativ yaddaşa malik adi versiyadan 90 avro bahadır. Modelin digər ölkələrdə satışa çıxarılması barədə məlumat verilmir.
 
Xatırladaq ki, “Nokia 8” səkkiznüvəli “Qualcomm Snapdragon 835” prosessor, 4 GB-lıq operativ, 64 GB-lıq quraşdırılmış yaddaş, “Zeiss” optik şüşəsinə malik 13 meqapikselli qoşa kamera, 13 meqapikselli ön kamera və 3 090 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Ən çox oxunanalar