Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“N” saylı hərbi hissədə Silahlı Qüvvələr günü qeyd edilib - Şamaxıda

Şamaxıdakı “N” saylı hərbi hissədə 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə həsr edilmiş bayram tədbiri keçirilibdir

 
PİA.AZ-a daxil olan məlumata görə 24 iyun 2016-cı il tarixində 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüş keçirilibdir.

Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova tədbir iştirakçılarını salamlayaraq bayram münasibəti ilə hərbi hissənin zabit və əsgər heyətini təbrik etmiş, Azərbaycan ordusunun yaradılması, respublikamızda ordu quruculuğu sahəsində görülən işlərdən danışmışdır. Bildirmişdir ki, bu gün bizim Milli Ordumuz müstəqil Azərbaycan dövlətinin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və dövlətimizin ərazi bütövlüyünün tam təminatçısıdır. Qeyd etmişdir ki, ölkəmizdə Ulu Öndər Heydər Əliyevin və onun siyasi kursunun uğurlu davamçısı Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş

Komandanı cənab İlham Əliyevin ordu sahəsində apardıqları islahatlar nəticəsində Qafqazda ən güclü müdafiə potensialı olan böyük hərbi bazaya malik bir ordu formalaşmışdır ki, aprel döyüşləri də bunu bir daha sübut etmişdir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması, bazasının möhkəmləndirilməsindən söz açan Gülnisə Ələkbərova bu sahədə Ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi vurğulamış, məhz bu günün də bayram kimi qeyd edilməsinin Ulu Öndərin 1998-ci il mayın 22-də imzaladığı Fərman ilə bağlı olduğunu qeyd etmişdir. Natiq çıxışının sonunda növbəti bayram tədbirlərinin Qarabağda, Şuşada keçirilməsini arzuladığını bildirmişdir.

Tədbirdən sonra iştirakçılar hərbi hissə ilə tanışlıq zamanı yeməkxanada əsgərlərlə birlikdə nahar etmişlər.

Daha sonra tədbir rayonun incəsənət ustalarının iştirakı ilə təşkil olunmuş konsert proqramı ilə davam etmişdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar