Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“O adam ki, sadiq deyil, o bədbəxtdir“


Bu sualları yazıçı Marsel Prust hazırlayıb


O, bu sualları cavabları ilə bir yerdə dəftərə yazaraq dostuna doğum günü hədiyyəsi kimi vermişdi. O zaman Marselin cəmi 13 yaşı vardı. Prust bu suallara 20 yaşında bir daha cavab yazdı. 7 ildə cavablar çox az dəyişmişdi. Lakin suallar Prustun ölümündən sonra tapıldı və çap edildi. Sualların indiki şəklə salınmasına Bernard Pivot ve Ceyms Lipton yardım edib.
 
PİA.AZ bildirir ki, kulis.az Prustun suallarını  xalq artisti İlham Namiq Kamala ünvanlayıb
 
1. Ən sevdiyiniz söz hansıdır?
 
- Şadlıq.
 
2. Nifrət etdiyiniz söz hansıdır?
 
- Yalan.
 
3. Sizi nə həyəcanlandıra bilər?
 
- Gözləmədiyim adamdan naqis hərəkət.
 
4. Həyəcanınızı nə öldürə bilər?
 
- Sevinc.
 
5. Hansı səsi çox sevirsiniz?
 
- Sakitlik.
 
6. Hansı səsə nifrət edirsiniz?
 
- Bağırtı.
 
7. Hansı peşə ilə məşğul olmaq istərdiniz?
 
- İmkan olsa, öz peşəmlə.
 
8. Hansı fitri istedada sahib olmaq istərdiniz?
 
- Allah nə verib ona.
 
9. Özünüz olmasaydınız, kim olmaq istərdiniz?
 
- Çalışardım yenə özüm olum.
 
10. Harda yaşamaq isəyərdiniz?
 
 
11. Ən başlıca çatışmazlığınız nədir?
 
- Başqasının problemini özümünkü bilmək
 
12. Sizin ən çox bəyəndiyiniz pis cəhətiniz hansıdır?
 
- Məndə pis xasiyyət yoxdur.
 
13. Qəhrəmanınız kimdir?
 
- Tərbiyəli insan.
 
14. Çox istifadə etdiyiniz söyüş hansıdır?
 
- Şifahi yox, amma baxışımla çox söyüş söyürəm!
 
15. Hal-hazırki əhvalınız (ovqatınız) necədir?
 
- Yüksək səviyyədə.
 
16. Həyat fəlsəfənizi hansı şüar ifadə edir?
 
- Abırlı olmaq.
 
17. Xoşbəxtlik yuxunuz (xəyalınız) hansıdır?
 
- Onu ancaq yuxuda görmək olar. Həm də o, bir dənə olmur, serial olur.
 
18. Sizcə bədbəxtliyin tərifi nədir?
 
- O adam ki, sadiq deyil, o bədbəxtdir.
 
19. Necə ölmək istəyərdiniz?
 
- İnsan kimi.
 
20. Ölərkən cənnətə getsəniz, Allahın qapıda sizə nə deməsini istərdiniz?
 
- Onu orda söhbət edərik.
 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar