Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“O olmasın, bu olsun” 105-ci teatr mövsümünə əlvida deyəcək


Azərbaycan Dövlət Musiqili Teatrı 105-ci mövsümünə gələn ay yekun vuracaq


Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu PİA.AZ-a açıqlamasında bildirib ki, sona çatmaqda olan mövsüm uğurlu və əlamətdar hadisələrlə zəngin olub. 

Belə ki, mövsüm boyu bir sıra tamaşaların premyerası keçirilib, teatrın aktyorları səmərəli fəaliyyətlərinə görə müxtəlif rəsmi və yaradıcı təşkilatların mükafatlarını qazanıblar. Ən əsası Musiqili Teatrın bir çox tamaşaları Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ingilis dilinə tərcümə edilərək I Avropa Oyunlarıyla əlaqədar ölkəmizə gəlmiş qonaqlara – turistlərə, idmançılara tərcümə sətirlər - qaçan titrlər vasitəsilə nümayiş olunub və onların yaddaşında dərin iz buraxıb.
 
S.Sədaqətoğlunun sözlərinə görə, mövsümün bağlanış günü – 12 iyul saat 19.00-da dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası nümayiş olunacaq.
 
Xatırladaq ki, “O olmasın, bu olsun” tamaşası Musiqili Teatrın 105-ci mövsümdəki ən uğurlu tamaşalarından biri olub. Tamaşada Məşədi İbad obrazını canladıran Əməkdar artist Şövqi Hüseynov bu rolun ifasına görə Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” Milli Mükafatına layiq görülüb.
 
Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru xalq artisti, “Şöhrət” ordenli, Cənnət Səlimovadır. Tamaşada rolları milyonların sevimli gülüş ustası,  xalq artisti, “Şöhrət” ordenli Afaq Bəşirqızı, əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Amil Məmmədov, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları ifa edirlər.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar