Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Obamanın imzaladığı qanun ABŞ-Rusiya münasibətlərini poza bilər”


“Obamanın imzaladığı qanun ABŞ-Rusiya münasibətlərini uzun müddətə poza bilər”


Sergey Lavrov “Ukraynada Azadlığa Dəstək Aktı”nın imzalamasından narazılığını bildirib 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə telefon söhbətində prezident Barak Obamanın “Ukraynada Azadlığa Dəstək Aktı”nı imzalamasından narazılığını bildirib.

APA-nın verdiyi xəbərə görə, S. Lavrov bəyan edib ki, bu addım Rusiya ilə ABŞ arasındakı normal münasibətləri uzun müddətə poza bilər.    
 
Telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə keçirilib. Rusiya XİN-dən bildirilib ki, tərəflər Fələstin-İsrail məsələsini və Ukrayna böhranını müzakirə ediblər: “Sergey Lavrov eyni zamanda onu vurğuladı ki, ABŞ prezidentinin imzaladığı və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini ehtiva edən “Ukraynada Azadlığa Dəstək Aktı” ölkələrimiz arasında normal qarşılıqlı fəaliyyəti uzun müddətə dağıda bilər”.
 
Qeyd edək ki, B. Obama Konqresdə qəbul olunan məlum sənədə (Ukraine Freedom Support Act 2014) dekabrın 18-də imza atıb. Qanunda Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi və Ukraynaya silah (o cümlədən letal silahlar) göndərilməsi üçün prezidentə səlahiyyət verilir. Lakin B. Obama hələlik yeni sanksiyaların tətbiqi barədə ona verilən səlahiyyətdən istifadə etməyəcəyini açıqlayıb. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar