Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ohanyan özünü də, Sarkisyanı da ifşa etdi”


“Seyran Ohanyanın helikopterin kurs keçməsi ilə bağlı açıqlaması heç də onun ədalətli fikir ifadə etməsi demək deyil. O, özü də bilmədən Ermənistanın təcavüzkar siyasətinin mahiyyətini açıqlayıb. Ohanyan bu açıqlaması ilə özünü də, Sarkisyan hakimiyyətini də ifşa etdi”


Bunu açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

B.Muradova Ermənistanın müdafiə naziri Seyran Ohanyanın ötən il noyabrın 12-də Dağlıq Qarabağda vurulan hərbi helikopterin kursdan kənara çıxması ilə bağlı verdiyi açıqlamaya münasibət bildirib. Qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədinə yaxın, neytral zonlarda hər hansı bir helikopterin uçması sərhədi pozmaq deməkdir:

“Bu açıqlamanın özü Seyran Ohanyanı da, onun təmsil etdiyi Ermənistan dövlətini də, onun rəhbərini və yeritdikləri təcavüzkar siyasəti bir daha açıq şəkildə ortaya qoyur. Necə, yəni helikopter kursu keçibmiş? Azərbaycan ərzasində, torpaqlarımızda nə vaxtdan Ermənistana məxsus kurs olub. Bizim ərazilərimizdə nə vaxtdan Ermənistana məxsus sərhəd olub? Onlar helikopter sərhədi keçib, deməklə guya bu gün etiraf tonunda açıqlamalar veriblər. Ermənistan helikopterinin ümumiyyətlə Azərbaycan ərazisində nə işi vardı? Ermənistan ordusu və hərbi birləşmələrinə məxsus helikopterin Azərbaycan ərzisində olmasının özü bütövlükdə beynəlxalq hüququn prinsiplərini , qaydaları, Azərbaycan sərhədləri pozmaq demək deyilmi?! Azərbaycan torpaqlarında Ermənistana məxsus sərhəd yoxdur.

Azərbaycan ərazisindəki separatçı Dağlıq Qarabağ rejimi Ermənistan da daxil olmaqla heç bir beynəlxalq təşkilat tərəfindən tanınmayıb. Burada hansısa bir sərhəddən söhbət gedə bilməz”.

B. Muradova əlavə edib ki, cəbhədə təxribat törədən erməni helikopteri vurulmalıydı və vuruldu:

“Həmin ərazidə helikopterin görünməsi belə sərhədi pozmaq deməkdir. Ona görə də o helikopter vurulmalı idi. Bunu kim qəbul edib-etmir, öz işləridir. Biz beynəlxalq hüququn prinsipləri ilə yanaşanda görürük ki, bu cür açıqlamalar verənlər də Ermənistanın təcəvüzkar siyasətinə xidmət edənlərdir və helikopter olayında öz maraqları üçün bəhrələmək istəyirlər. Onlar Ermənistanın təcavüzkar siyasətini dəstəkləyirlər”.(azvision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar