Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ola bilər, kimsə məni çaşdırmaq istəyir“


Səməd Səmədov - Sevda Əliqızı qalmaqalı 2014-cü ilin şou gündəminə damğasını vurdu desək, yəqin ki, yanılmarıq. Maraqlıdır ki, bir neçə gün davam edən “söz müharibəsi” son günlər nisbətən səngiyib


Hətta xalq artisti keçmiş duet ortağıyla barışdığını da bildirib. Belə olan halda isə ortaya başqa suallar çıxır. Doğrudanmı, Sevda Əliqızı ilə Səməd Səmədovun münasibətləri gərgindir, yoxsa ortada piar və bu kimi başqa məqsədlər var?
 
Beləliklə, publika.az-ın suallarını xalq artisti Səməd Səmədov cavablandırır.
 
- Səməd müəllim, yaradıcılıqda nə var, nə yox?

- Artıq otuz ildir ki, səhnədəyəm. Elə il olmur ki, bir hit mahnım olmasın. Eldar Mansurovun “Bu qızların telinə bax”, Faiq Sücəddinovun “Azərbaycan” mahnısı, “Azəri balasıyam”, “Bakılı balasıyam”, “Arım, balım pətəyim”, “Gözlər, gözlər”, “Nazlı-nazlı yarım” kimi mahnılar illərin hitləridir və bu gün də ifa olunur. Bu il də mənim üçün çox uğurlu oldu. Samir Vida sağ olsun, mənə iki mahnı verdi. Onlardan biri “Öz sevdiyimlə evlənirəm mən” adlanır. Bütün gənclərə, cavanlara arzu edirəm, pula görə ora-bura qaçmasınlar, öz sevdikləri ilə evlənsinlər. İkinci mahnı isə artıq hitdir, 2014-cü ilin 2-3 ən bərkgedən mahnısından biridir. Bu mahnı isə “Mənə belə xoşsan” adlanır. Bir çox müğənnilər, o cümlədən Firuzə İbadova, Ruhəngiz Musəvi zəng edirlər ki, bu mahnının “minus”unu verin, biz də ifa edək.
 
- “Minus”u verəcəksiniz?

- Əlbəttə, verəcəyəm. Onlar mənim həmkarlarım, dostlarımdır.
 
- Mən sizi qalmaqallı müğənni kimi tanımıram. Amma çox maraqlıdır ki, həmişə adınız belə məsələlərdə hallanır. Bəlkə, məsələnin görünməyən tərəfi var? Arxada kiməsə “ilişirsiniz” və onun səsi çıxanda hamı deyir ki, filankəs bərk qışqırır...

- Mən yaşıma görə hələ də nəinki dəbdə, həm də gündəmdəyəm. Bunu çoxunun gözü götürmür. Kiminsə arxasınca danışırlarsa, deməli, o insan həyatda var. Bu, tək mənə yox, hamıya aiddir. İstər aktyor olsun, istər müğənni, yaxşının dalınca danışarlar. Səhnəmizin Primadonnası İlhamə Quliyeva həmişə mənə deyirdi ki, Səməd, darıxma, yaxşının dalınca danışarlar. Deməli, yaxşıyam ki, mənim arxamca danışırlar.
 
- Yeri gəlmişkən, İlhamə xanım sizə “Toylar kralı” titulu vermişdi və sonradan Manaf Ağayev eyniadlı müsabiqənin qalibi oldu ...

- Mən iyirmi il o adı daşıdım. O ada layiq olmasaydım, bir aydan, yarım ildən sonra bu ad silinəcəkdi, izi də qalmayacaqdı. Toylar kralı tacı layiqli oğlan Manaf Ağayevin başına qoyulanda ona ilk zəng edən mən oldum. Zəng etdim və təbrik etdim. Mənim ondan da böyük titulum var. Respublikanın xalq artistiyəm və bununla fəxr edirəm.
 
- Yəqin, özünüz də eşidirsiniz ki, çoxları sizin bu fəxri ada layiq olmadığınızı deyirlər.

- Bildiyiniz kimi, fəxri ad alan bir çox müğənnilərin arxasınca danışırlar. Deyirlər ki, bu nədir, uşaq-muşağa ad veriblər, cavandır, layiq deyil, bizim vaxtımızda 20 il oxumaq lazım idi ki, ad alasan. Amma mən deyirəm ki, kimə ad veriblərsə, hamısı layiqdir. Bunun dövlət tərəfindən verildiyinə görə demirəm. Həqiqətən, hamısı layiqdirlər. Mən 30 ildir səhnədəyəm və bu, az müddət deyil. Azərbaycanda, Rusiyada, xarici ölkələrdə Azərbaycan musiqisini, incəsənətini təbliğ edirəm.
 
- Sizi tez-tez çox sadə suallarla sınağa çəkirlər. Biri himni soruşur, digəri hansısa məşhur musiqiçini. Sizcə, onlar düşünürlər, bu sualların cavabını bilmirsiniz, yoxsa başqa səbəb var?

- Ola bilər, kimsə məni çaşdırmaq istəyir. Mən rus məktəbini bitirmişəm, rusdilliyəm. Müslüm Maqomayevlə, pianoçu Fərhad Bədəlbəyli, Cəmil Əmirovla işləmişəm. Ona görə bəziləri verilişin reytinqini qaldırmaq üçün çalışırlar ki, qalmaqal olsun.
 
- Amma etiraf edək ki, siz xalq artistisiniz və bunları bilməlisiniz.

- Bəli-bəli, əlbəttə.
 
- Bəs o bilmədiklərinizi sonradan öyrənirsinizmi?

- Bəli, əlbəttə, öyrənirəm. Əslində, mən o sualları bilirdim. Sadəcə, efir qarşısında bir az həyəcanlı olmuşam.
 
- Hər on ildən bir duet ortağınızı dəyişirsiniz və deyirsiniz ki, bu, qocadır...
- (sözümü kəsir - İ.V.) Yox, heç vaxt elə deməmişəm.
 
- Amma özünüz yaşca bütün duet ortaqlarınızdan böyüksünüz.

- Bəli, böyüyəm. Ruhəngiz Allahverdiyeva ilə səkkiz il, Bəsti Bəkirova ilə dörd il işlədim. İstər Bəsti, istər Ruhəngiz, istərsə də Sevda xanım yetərincə zəngin repertuara malikdirlər.  Həmişə ansamblıma çox bilən, repertuarı zəngin olan qadınları götürürəm. Onlar oxuya-oxuya mənimlə birgə yüksəlirlər və onlara görə mənim də reytinqim, hörmətim qalxırdı. Mən onları reklam etdikcə, özümü də reklam edirdim.
 
- Bəs keçmiş duet ortağınız Sevda xanımla aranızda nə baş verdi ki, vəziyyət bu həddə çatdı?

- Vallah-billah, biz can deyib, can eşidirdik. Artıq maraq tükəndi və istədim yenilik olsun.
 
- İndi kiminlə oxuyursunuz?

- Şəbnəm Aslanqızı ilə oxuyuram.
 
- Onun neçə yaşı var?

- Şəbnəmin 29 yaşı var. Məndən əvvəl Nadir Qafarzadə və Samir Piriyevlə işləyib.
 
- Düşünmürsünüzmü ki, o, çox təcrübəsizdir?

- Yox, yox, elə düşünmürəm. Orada mən varam da. Toya əsas məni dəvət edirlər.
 
- “Qismət” adlı bir qrup yaratmışdınız. O qrupdan nə xəbər var?

- İndi onlar ayrı çalışırlar. Mənim işim o idi ki, onların evində qazan qaynasın. Qazan da qaynayır. Vaxt var idi, onlar 50 manata bütün toyu oxuyurdular. Amma Vüqar, İlqar, Amal bu gün 1500-2000 manata toylara gedirlər. Əlimdən gələni etdim və onları yarıyolda qoymadım. Müsəlmanın sözü var, deyir ki, yaxşılığı edirsənsə, axıra kimi et.
 
- Səməd müəllim, demişdiniz ki, Sevda Əliqızı ərə gedəndə xeyir-duasını mən vermişdim. O isə bunu təkzib etmişdi. Doğrudanmı o, ailə qurmuşdu, yoxsa əsəbi olub bunu demişdiniz?

- Bütün media bilirdi ki, Sevda ərə getmişdi. Özü də türkə. Burada nə ayıb şey var ki? Hətta fotoları da var idi.
 
- (zarafatyana) Sizin yenidən evlənmək fikriniz yoxdur ki?

- (gülür) Artıq 37 ildir ailə qurmuşam. Beş nəvəm, iki övladım var.
 
- Oğlunuz Anar da bir müddət oxudu...

- Hə, oxuyurdu. Bir dəfə onun qabağına beş disk atdım. Həmin disklər Elnurun, Elton, Ayaz, Zamiq və Samir Piriyevin idi. Dedim ki, Anar şou-biznesə sunami gəlir, çıx aradan. Elə də oldu. Yəni, bunların qarşısında dayanmaq olmaz. Dedim ki, sən də çıx aradan (gülür). İndi Moskvada yaşayır. Mənə zəng edib deyir ki, ata, Allah canını sağ eləsin, nə yaxşı ki, məni aradan çıxartdın.
 
- Orada nə işlə məşğuldur?

- Bizneslə.
 
- Kimləri dinləyirsiniz?

- Brilliant Dadaşova, Flora Kərimova, İlhamə Quliyeva, Eyyub Yaqubov və İlqar Muradovu dinləyirəm.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Akif Çovdarov yenidən hakim qarşısında: 30 milyonluq əmlakın taleyi necə olacaq?

Ən çox oxunanalar