Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Oliqarxgeyt” əməliyyatı davam edir


Hazırda Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində Azərbaycan Beynəlxalq Bankına (ABB) kreditlərini ödəyə bilməyən 20-yə yaxın insan ola bilər


Bu barədə Turan agentliyinə təhqiqatın gedişatına yaxın olan məlumatlı mənbə sahibkar İbrahim İbrahimovun (Hacı İbrahim) təkrarən saxlanması haqqında məlumatı şərh edərkən bildirib.

Mənbənin sözlərinə görə, saxlanılan şəxslərin 50 mln. dollardan 340 mln. dollara qədər öhdəliyi var.

Maraqlıdır ki, ABB işçilərindən Dubay nümayəndəliyinin keçmiş rəhbəri Adil Hüseynovdan başqa heç kim saxlanılmayıb.

Qeyd etmək lazımdır ki, istənilən bank kreditləri müvafiq girov müqabilində verir. Amma heç kim yuxarıda adı çəkilən kreditlər üçün nəyin girov qoyulduğunu deyə bilmir və əgər girob qoyulubsa, niyə onu satışa çıxarmırlar?

Baş verənlər bütün yol verilən bank qaydaları və normaları pozulmaqla böyük kreditlər verilməsi təcrübəsi olub. Bunu həyata keçirmək və həbsə düşməmək yalnız bir halda mümkündür – kreditlər ali rəhbərliyin göstərişi ilə verilirdi.

Məlumdur ki, iyulun 15-də dövlət başçısı Azərbaycan Beynəlxalq Bankındakı (ABB) dövlətin payının özəlləşdirilməsinə hazırlıq haqqında Fərman imzalayıb.

Maliyyə Nazirliyinə 15 gün ərzində problemli kreditləri bankdan ıxarmaq və “Aqrarkredit” QSC qeyri-bank kredit təşkilatının balansına vermək tapşırılıb. Sonradan bu kredit təşkilatı dövlət zəmanəti ilə uzunmüddətli istiqrazlar buraxacaq.

Həmçinin dövlət büdcəsində dövlət borcunun limiti hesabına ABB-nin problemli aktivləri üzrə öhdəlikləri yenidən təşkil etmək nəzərdə tutulur.

6 aydan gec olmayaraq ABB-də 50,2%-lik dövlət payının satışı üzrə tədbirlər planı hazır olmalıdır.

Hələ 2009-cu ildə Fitch reytinq agentliyi ABB-nin bütün kreditlərinin təxminən üçdə birini problemli kreditlər kateqoriyasına aid edib. Bu günə bankda problemli kreditlərin həcmi 27,8% təşkil edir. Onların 18,6%-nin müddəti keçib və 9,2%-i yenidən təşkil edilib.

Lakin hakimiyyət müddəti keçmiş və problemli kreditlərin siyahısını açıqlamır. Qeyri-rəsmi məlumatlara görə, ABB-də ən böyük kreditləri İbrahim İbrahimov – “Xəzər adaları”nın tikintisi üçün və Nizami Piriyev – Metanol Zavodunun tikintisi üçün – alıb. Piriyev yüz milyonlarla dollar dəyəri olan zavodu tiksə də, İbrahimov hələ də heç nə tikməyib. Qeyri-rəsmi məlumatlara görə, hər iki halda söhbət yüz milyonlarla dollar kreditdən gedir.

Bununla belə, hər iki oliqarx iddia edir ki, onların kreditlərinin müddəti keçməyib, kredit məbləğləri isə xeyli azdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar