Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ölkə daxilində qəribə şeylər baş verir”



“Ermənistanda son vaxtlar baş verən hadisələr, hakimiyyət uğrunda çəkişmələr həqiqətən də olduqca qəribədir”


Bu sözləri Axar.az-a açıqlamasında politoloq Vəfa Quluzadə Ermənistanda keçmiş kriminal avtoritetlərin yenidən fəallaşmasına münasibət bildirərkən deyib.
 
Politoloq Ermənistanda baş qaldıran son hay-küyün boş və mənasız olduğunu bildirib:
 
“Ölkə daxilində müxtəlif qəribə hadisələr baş verir. Ermənistanda baş verən bu son olaylara heç bir reaksiya verməyə dəyməz. Çünki Sərkisyan kimi çoxdan uduzmuş birisi bu addımı atırsa, demək, vəziyyət sözün əsil mənasında olduqca kritik və çıxılmazdır. Nə edirlər-etsinlər, hansı yola üz tuturlarsa-tutsunlar, bu, heç bir nəticə verməyəcək. O ki qaldı bu aktivləşmənin Qarabağ məsələsinə təsirinə, burada heç bir təsirdən söhbət gedə bilməz. Bütün bunlar Ermənistana xas olan və onların daxili zəifliyindən irəli gələn proseslərdir. Düşmən bununla Qarabağ məsələsinə heç bir təsir edə bilməyəcək. Buna görə də hakimiyyət başında ciddi və güclü olmayan birinin hər hansı bir addımının Qarabağ məsələsinə təsir edə biləcəyini düşünmürəm”.
 
Xatırladaq ki, Ermənistanda “Çiçəklənən Ermənistan” partiyasının sədri, siyasi lider Qaqik Çarukyan hakimiyyət uğrunda savaşından və siyasətdən getdikdən sonra ölkədə bir başqa hakimiyyətin devrilməsi fonunda aktiv rol oynayan keçmiş kriminallar yenidən fəallaşmağa başlayıblar. Ermənistanın idarəçiliyini və Azərbaycanın torpaqlarını əldən vermə qorxusu ilə yaşayan Sərkisyan isə indi də ən son varianta əl ataraq ətrafında kriminal avtoritetlərin möhkəmləndirilməsi yolu ilə “Qarabağ klanı”nı qorumağa çalışır. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar