Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ölkədən qaçmağım barədə xəbərlər yalandır“


“Mənim ölkədən qaçmağımla bağlı son vaxtlar yayılan xəbərlər yalan və böhtandan başqa bir şey deyil”


Bunu “Azəriqazbank”ın rəhbəri Çingiz Əsədullayev bildirib.
 
10 il Ağdaşdan deputat seçildiyini deyən Ç. Əsədullayev xalqa bacardığı qədər xidmət göstərdiyini deyib, seçicilərlə hər hansı problemi olmadığını söyləyib. “Builki parlament seçkilərindən sonra dairə komissiyası seçkinin nəticələrini ləğv etdi və bu, mənim üçün müzakirə obyekti deyil. Mən heç nədən asılı olmayaraq özünü prezident İlham Əliyevin əsgəri hesab edirəm”.
 
Ç. Əsədullayev bundan sonra 36 il məşğul olduğu bank sahəsində fəaliyyətini davam etdirəcəyini və ciddi islahatlara ehtiyacı olan bank sahəsində sözünü deyə biləcəyini söyləyib.
 
6 övladı olduğunu deyən Ç. Əsədullayev övladlarının hamısının Azərbaycanda təhsil aldıqlarını, burada yaşadıqlarını, əmək fəaliyyəti ilə məşğul olduqlarını vurğulayıb. “Mən ailəmi qoyub hara gedə bilərəm? Öz şəxsi ailəmdən başqa 750 nəfər əməkdaşı olan “Azəriqazbank” adlı ailəm var, kim öz ailəsinə xəyanət edər?”, - deyə Ç.Əsədullayev ölkədən getməyə hazırlaşması haqda yayılan xəbərlərə mənfi münasibətini birmənalı ifadə edib.
 
Ç. Əsədullayev ailəsinə, ölkəyə, vətənə, dövlətə heç zaman, heç bir halda xəyanət etməyəcəyini, öz əvvəlki mövqeyində qalacağını söyləyib. “Əgər bir gün yenə eşitsəniz ki, ölkədən getdiyimi deyirlər, yenə də inanmayın”.(lent.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar