Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ona körpüdən düşməsi üçün yalvarmağa başladım...”


Millət vəkili Qənirə Paşayeva bu gün Koroğlu metrosunun yaxınlığındakı asma körpüyə çıxaraq intihara cəhd edən Fəqan Nəsibovdan yazıb. “Qafqazinfo” xəbər verir ki, millət vəkili bu barədə facebook hesabında məlumat verib:


“Bu gün sanki dəhşətli film kimi bir gün yaşadım.Səhhətimdə bəzi problemlər olduğundan işə çıxmamışdım. Qəfildən axar yaxud teleqraf dəqiq xatırlamıram agentliyinin jurnalistlərindən biri zəng edib deyir ki, Koroğlu stansiyası yaxınlığında körpünün ən yuxarı hissəsinə bir kişi çıxıb, intihar edəcəyini deyir və sizi görmək istəyir. Evdən necə çıxdığımı xatırlamıram. Tez Sabunçu rayon polis idarəsinin rəis müavini Əbülfət müəllimə zəng etdim və məsələ ilə maraqlandım. Əbülfət müəllim Qənirə xanım biz danışmışıq həmin adamla amma hələ razılaşmır,enmir körpüdən və özünü atacağını deyir. Nömrəsini verə bilərsinizmi dedim. O da həmin dəqiqə “əslində yaxşı olar, siz də danışın, bəlkə razı sala bilərsiniz” dedi. Hadisə üzündən dəhşətli tıxacdan addım-addım hərəkət edirdi maşınlar. Nömrəyə nə qədər zəng etsəm də cavab vermirdi həmin adam. Məni soyuq tər basmışdı.Gözümün qabağına ailəsi, uşaqlarının yaşaya biləcəyi faciə gəldikcə dəhşətə gəlirdim və nəhayət Qənirə Paşayevadır deyə bir mesaj atdım. İki dəqiqə sonra telefonuma cavab verdi və mən düşməsi üçün xahiş etməyə başladım. Dəhşətli külək səsindən zorla danışılırdı, o isə mənə şikayətini danışır və dinləməmi istəyirdi. Dəhşət içində idim və sizi diqqətlə dinləyirəm, amma nə olur ehtiyatlı olun yıxıla bilərsiniz, siz düşün mən də çatıram, sizi istədiyiniz qədər dinləyəcəm deyirdim. O isə israrla şikayətini danışırdı. Bəlkə 15-17 dəqiqə içində mən nələr yaşadım onu bir Allah bilir. O dəhşətli külək səsi içində şikayətini dinləyərək inanın şikayətinizin obyektiv araşdırılması üçün əlimdən gələni edəcəm, dövlətimiz, onun rəhbəri inanıram ki, bu məsələnin obyektiv araşdırılması üçün əlindən gələni edəcək amma yalvarıram ordan düşün deyirdim. Köməkçim bir az öncə deyir ki, mən sizi heç kimə yalvaran görməmişdim. Mən də deyirəm mən də ilk dəfə idi intihar etmək istəyən şəxslər belə bir vəziyyətdə danışırdım. Birinici danışığımız uğursuz alındı və mən oraya çatmayana qədər enməyəcəyini dedi. 2 dəqiqə sora təkrar zəng etdim və sözün həqiqi mənasında ona düşməsi üçün yalvarmağa başladım, ailəsini, uşaqlarını düşünməsini istədim.Onunla digər qurumlarımızdan da danışıqlar olmuşdu. Fövqaladə Hallar, Baş Prokurorluq. Razılaşdı və endi. Onu artıq Baş Prokurorluqda ən yüksək səviyyədə qəbul etmək üçün gözləyirdilər. Danışdıq və qardaşım sən indi mütləq ora getməlisən çünki sənin şikayətinin obyektiv araşdırılması üçün ən önəmli qurum məhz Baş Prokurorluqdur. Orda qəbuldan sonra istədiyin zaman təkrar danışarıq, istəsən ofisimizə də gələrsən orda söhbət edərik. Artıq Baş Prokurorluqda qəbuldadır və inanıram ki, inşalllah şikayəti obyektiv araşdırılaraq öz həllini tapacaq. Baş Prokuror Zakir Qaralova belə operativ reaksiyası üçün təşəkkür edirəm. Prokurorluqla telefon söhbətimizdə də məsələyə obyektiv baxılacağı bildirildi. Ayrıca hər zaman operativliyi ilə seçilən Fövqaladə Hallar Nazirliyimizə də təşəkkür edirəm. Bir vətəndaşımızı da heç bir xəsarət almadan xilas etdikləri üçün. İnşalllah inanıram ki, bir daha belə hallah təkrar yaşanmayacaq. İntirahlar çıxış yolu deyil,əzizlərim. Ailənizi, yaxınlarınızı düşünün lütfən. Yaşadığım hadisənin şokundan indi özümə gəlirəm və sadəcə Allaha dua edirəm ki, şükür ki, hər şey yaxşı qurtardı. Yoxsa çox dəhşətli bir ağrı yaşaya bilərdik.. Hamımız...”


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Akif Çovdarov yenidən hakim qarşısında: 30 milyonluq əmlakın taleyi necə olacaq?

Ən çox oxunanalar