Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Onlar kafir olduğu üçün…” - “Reina” terrorçusu



“Reina” terrorçusu Əbdülqadir Maşaripovun polisə verdiyi ifadənin təfərrüatları açıqlanır


“AzPolitika.info”nun məlumatına görə, Əbu Məhəmməd Əl Xorasani ləqəbli Abdulqadir Maşaripov danışmağa başladığı zaman əvvəl türkçə suallar yönəldilib

Bunlara “türkcəni az bilirəm” deyərək cavab verməsi üzərinə ingilis dilində suallar verilib. Bunlara da cavab verə bilməyəcəyini deyən terroristə, eyni suallar rus dilində verilməyə başlandığı zaman səlist şəkildə cavablar verməyə başlayıb.

“Niyə reinaya hücum etdin?

Terroristə verilən ilk sual: “Nə üçün Reinaya hücum etdin?” olub. Maşaripov isə bu sual qarşısında, “Onlar kafir, olduğu üçün oraya hücum etdim” deyə sualı cavablandırıb.

“Nə üçün qapıdakı polisi öldürdün?”

“Nə üçün qapıdakı polisi öldürdün?” sualına isə Maşaripov, “İlk əvvəl polis mənə atəş açdı. Onu öldürmədən içəriyə girə bilməzdim” deyə cavab verib.

“2015-ci ildə İranda saxta pasportla tutuldum”

Maşaripovun suallara cavab verərkən: “2015-ci ildə İranda saxta pasport səbəbiylə həbs olundum. Təxminən 1 ay həbsdə qaldım” deyə açıqlama verib.

“Canlı bomba olmağı qəbul etdim, özümü partladacaqdım”

Həbsxanadan çıxdıqdan bir müddət sonra 2016-ci ilin yanvar ayında qaçaq yollardan İran üzərindən Türkiyəyə gəldiyini söylədiyi iddia edilən Maşaripov, “Türkiyəyə gəldiyimdə Konyaya yerləşdim və orada 1 ilə yaxın qaldım. Bu müddətdə davamlı Rakka ilə mesajlaşma proqramları ilə əlaqə saxladıq. Yeni il gecəsi Taksimdə canlı bomba hərəkəti etməm üçün təlimat verildi, bunun üzərinə İstanbula gəldim. Taksimdə çəkdiyim kəşf videosu bunun üçün idi. Çəkdiyim videonu Rakkaya yolladım İŞİD-in İstanbul Əmri Aka və köməkçisi tərəfindən məsləhət görüldü”.

Yeni il günü sıx tədbirlərin olması və bombanı gətirəcək adamla görüşə bilmədiyi üçün vəziyyəti Rakkada olan İŞİD-in İstanbul Əmri Akaya bildirdiyini izah edən Maşaripov, “Aka, bunun üzərinə bölgədə səs gətirici bir hədəf tapmamızı söylədi. Daha əvvəldən adını gecə klubu olaraq eşitdiyim “Reinan”ın qarşısından saat 22:00 radələrində keçdim. Mühafizənin zəif olduğunu gördüyüm üçün buranı uyğun tapdığımı təsdiqləmək üçün Rakkaya bildirdim. Qəbul edilməsi üzərinə, qaldığım evdəki silahı və əl bombası olaraq bildiyim “Flashbang”ləri alaraq “Reina”ya ölməyə gələrək hərəkəti reallaşdırdım. Partlayan bombaların işıq çıxardığını görüncə qaçdım”, deyə terrorist ifadə verib.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar