Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Onlar “qara piar“ kampaniyasını davam etdirmək istəyəcəklər“

"Müxalifət aksiyalar keçirmək üçün müxtəlif mənbələrdən maliyyə vəsaiti alır. Ayrılan bu vəsaitlərin də böyük hissəsi radikalların liderləri tərəfindən mənimsənilir"


PİA.AZ xəbər verir ki, bunu SİA-ya Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov "Milli Şura"nın aksiyalar keçirməkdə israrlı olmasının səbəbləri barədə danışarkən deyib.

YAP rəsmisinin sözlərinə görə, müxalifətə maliyyə vəsaiti aksiyalar zamanı bəzi şəxslərin qarşıdurma yaratması üçün ayrılır: "Qarşıdurmaları sifariş edən xarici dairələr çalışır ki, aksiya qanunların pozulması, iğtişaş törədilməsi ilə nəticələnsin. Nəticədə Azərbaycan haqqında xaricdə, dünya miqyasında xoşagəlməyən, həqiqətə uyğun olmayan bir rəy formalaşdırılsın. Çox güman ki, həmin qüvvələr I Avropa Oyunları yaxınlaşdıqca bu və ya digər şəkildə "qara piar" kampaniyasını davam etdirmək istəyəcəklər. Onlar sadəcə olaraq qarşıdurma, ziddiyyət yaratmağa çalışırlar və Bakı Şəhər İcra Hakimiyyətinin onlar üçün təyin etdiyi vaxtdan istifadə etmək istəmir, yalnız özlərinin təyin etdiyi vaxtdan başqa heç bir təklifi qəbul etmirlər. Bunlar müxtəlif səbəblər gətirirlər ki, aksiya baş tutmasın və nəticədə iğtişaş yaransın. Bu baxımdan onlar aksiyanın vaxtını dəyişirlər. Əslində müxalifətin aksiya keçirməsi üçün istənilən vaxt, şəhərin istənilən yerində normal yer ayrılır. Müxalifət bunun heç beşdə birini təmin edə bilmir. Buna baxmayaraq mütəmadi olaraq belə addımlar atırlar".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar