Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Onu şeytan kimi tanıyırdım“


Dövlət Musiqili Teatrının aktrisası Gültac Əlilinin müsahibəsi


-Gültac xanım, yeni teatr mövsümü sizin üçün hansı yeniliklərlə başladı?

-Yeni teatr mövsümündə “Qızıl toy” tamaşasının premyerası oldu. Həmin tamaşada mən Aygün obrazını oynayıram. Bu ayın 25-26-da “O olmasın, bu olsun” tamaşasının premyerasında isə Gülnaz obrazıyla tamaşaçıların qarşısına çıxacağam. Eyni zamanda yeni tamaşaların da məşqləri gedir. Rejissor İradə Gözəlovanın quruluş verdiyi “Min bir gecə”də Fatma, “Toya bir gün qalmış” tamaşasında isə Balaca qızı oynayıram.
 
-Seriala çəkilirsinizmi?

-“Tufanlı səma” adlı seriala çəkilirəm. Yəqin ki, noyabr ayından ekranlara çıxacaq. Rejissor Sainin çəkdiyi serialda Sevil rolundayam. Xarakterimə uyğun,  çox müsbət obrazdır.
 
-Teatrda sizin iştirakınızla bir neçə tamaşaya baxmışam. Əksər tamaşalarda baş rolları oynayırsınız. Amma seriallarda sizə o qədər də güvənmirlər, baş rolları həvalə etmirlər. Sizcə, səbəb nədir?

-Bəli, çəkmirlər. Bir yerdə gedib rejissorlardan soruşarıq... Teatrda ancaq baş rollarda oynayıram. Teatrda baş roldan başqa rolum yoxdur.
 
-Baş roldan başqa rol oynamazsınız?

-Niyə oynamaram ki? Sevə-sevə oynayaram. Teatra gələndə ikinci kursda oxuyurdum. Gəldiyim  gündən mənə ancaq baş rollar həvalə olundu və gördülər ki, məndə çox yaxşı alınır. Yaşım da ona imkan verirdi ki, baş qəhrəmanları oynayım. Mənim də yaşımın o dövrü gələndə ikinci dərəcəli rolları oynayacağam. Epizodik rol da həvalə olunsa, heç vaxt etiraz etmərəm.
 
-“Sonucu fəsil” serialında sizə xadimə rolu həvalə olunmuşdu. Bu, yəni “baş rolu da oynaya bilərdim” deyə sizi incitmir ki?

-Qətiyyən, məni incitmir. “Sonuncu fəsil” serialında xadimə Qönçə rolunu oynamışam. Hamı məni o obraza görə tanıyır. Qulluqçunu oynasam da, orada özünəməxsusluğumla qatqılarımı elədim. Məni adi qulluqçu kimi yox, özüm kimi tanıyırlar. Bir sözlə, Qönçə obrazıyla yadda qala bildim.
 
-Deyəsən, bir çox aktrisalar kimi siz də xınayaxdılara gedirsiniz...

-Xınayaxdılara da gedirəm, həyat yoldaşımla birgə müğənni kimi toylara da gedirəm. Kim bizi arzu edirsə, duet şəklində gedib çıxış edirik.
 
-Vokal olsa belə, normal səs imkanlarınız var. Yəni toya getməyinizi hardasa qəbul etmək olar. Amma gənc aktrisanın bu yaşda xınayaxdılara getməsi özünü xərcləmək deyilmi? Çünki adətən aktrisalar 40 yaşdan sonra belə məclislərdə iştirak edirlər.

-Əgər mənim ehtiyacım olmasa, ora getmərəm. Oturub bir yerdə işləyərəm, məvacibimi alaram. Məndən böyük aktrisalar da ehtiyacları olduğu üçün xınayaxdılara gedirlər. Deyəsən, xınayaxdıya gedən ən gənc aktrisa mənəm.
 
-Bəs digər gənc aktrisaların ehtiyacları yoxdur?

-Mən heç nə deyə bilmərəm. Hərənizin öz həyatı var.
 
-Gültac xanım, bəlkə də, bu sualım ürəyinizcə olmayacaq, amma çox istərdim ki, səmimi cavablayasınız. Aktrisa həmkarınız Ülviyyə Əliyeva bildirib ki,  ailəsinin dağılmağında sizin dırnağarası xidmətləriniz var...

-Dediyimi dediyim kimi yazsanız, mənə çox böyük yaxşılıq etmiş olarsınız.
 
-Elə də olacaq...

-Bu barədə qətiyyən heç nə danışmaq istəmirəm. Zamanında mənə çox suallar verdilər, susmağa üstünlük verdim. Ülviyyə danışıb, canı sağ olsun, əcəb edib.  Onun yerində mən də olsam, yəqin ki, belə danışardım. Beş ildir ailəliyəm. Bir şeyi deyə bilərəm ki, hər şeydən və hər kəsdən uca tək Allahdır. Qadir olan Allah kimin haqlı, kimin haqsız olduğunu bilir. Yuva dağıdanın heç bir zaman yuvası olmaz. İkinsidə ki, əlhəmdülillah, mənim karvanım gedir. Arxasını demək istəmirəm, başa düşürsünüz. Əlhəmdülillah, əlhəmdülillah, əlhəmdülillah, mənim karvanım gedir.
 
-Subay xanımlar ilk ailə həyatı uğursuz olmuş bəylərlə ailə qurmağa tərəddüd edirlər. Hüseyn Əlili ilə ailə həyatı quranda sizin belə tərəddüdləriniz oldumu?

-Bəli, mənim də tərəddüdüm var idi. Heç ağlıma da gəlməzdi. Bu, bir alın yazısıdır. Heç vaxt düşünməzdim ki, Hüseyn Əlili mənim həyat yoldaşım olar. Tale elə gətirdi ki, o, mənim həyat yoldaşım oldu. Hüseyn Ülviyyə ilə evlənəndə mən də var idim. Əgər Hüseynin niyyətində, həqiqətən də, mən olsaydım, əvvəlcə məni alardı da. Heç kim heç nədən sığortalanmayıb. Mən oturub-durub Ülviyyəyə xoşbəxtlik arzu edirəm, Allahdan ona övlad arzulayıram. Ülviyyənin mənim haqqımda nə dediyindən geniş məlumatlı deyiləm.  Nə deyir, desin. Onun yerində olsam, mən də elə elə deyərdim.
 
-“Hüseyn kimi insandan ayrılıb” anlamında nəzərdə tutursunuz?

-Yox, mən də ailəsi dağılmış bir xanım kimi belə deyərdim. Mənimlə bağlı nə deyibsə, eybi yox. Ondan kiçiyəm, kiçikliyimi edirəm. Təcrübəsi, yaşı da məndən çoxdur, ona güzəştə gedirəm. Ailəmdən çox razıyam. Həyat yoldaşım çox tərbiyəli, mədəniyyətli insandır. Ailəsi təzə dağılanda Hüseyn barədə o qədər iddialar irəli sürülürdü, sözlər deyilirdi ki... Teatrda elə insanların çevrəsində çalışıram ki, əgər vicdansız, nalayiq insan olsaydım, həmin insanlar məni bir addımlıqlarına buraxmazdılar, problemlərimə, çətinliklərimə şərik olmazdılar. Təzə vaxtlarda onlar da mənə güvənmirdilər. Zaman ötdü, hər şey yerini tapdı.
 
-Bəs Hüseynlə bağlı tərəddüdlərinizi dağıdan nə oldu?

-Mən o insanı tanıdım. Hüseyni elə pis qələmə vermişdilər ki, onu şeytan kimi tanıyırdım. Amma gördüm ki, həqiqətən də, bu insan yüksək mədəniyyət sahibidir. Mən ona ərə gedəndə dəlicəsinə sevmirdim. Onun mədəniyyətinə vurulmuşdum.
 
-İndi sevirsiniz?

-Əlbəttə, sevirəm. O, övladımın atası, başımın tacıdır.(publika.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar