Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ordumuz Qarabağı 10-12 günə azad edəcək“

"Müharibə başlayarsa, Azərbaycan ordusu Qarabağı 10-12 gün ərzində işğaldan azad edəcək"


Bu fikirləri aznews.az-a ehtiyatda olan polkovnik, Silahlı Qüvvələrin keçmiş hərbi polis rəisi Rövşən Məhərəmmov deyib. 

Onun sözlərinə görə, Ermənistan tərəfinin kəndlərimizi davamlı olaraq atəşə tutmasının cavabı mütləq veriləcək: "Atəşkəsin sistematik pozulması, kəndlərimizin, yaşayış məntəqələrimizin artilleriyadan atəşə tutulmasının tutarlı cavabı mütləq olmalıdır və olacaq. Ermənistan tərəfi atəşi davam etdirərsə, müharibənin yenidən başlamaq ehtimalı var. Bu isə Ermənistan silahlı qüvvələrinin çoxsaylı itkiləri ilə nəticələnəcək. Çünki siz də bilirsiniz ki, ordumuz müasir silahlarla təchiz olunub. Keçmiş hərbçi və ordumuzun gücünə bələd olan biri kimi deyirəm ki, Azərbaycan Silahlı Qüvvələri 10-12 gün müddətində işğal olunmuş ərazilərimizi tamamilə azad edəcək qüvvəyə malikdir".

Hərbi ekspert dördgünlük müharibədən sonra ermənilərin verdiyi itkilərin sayını bilərəkdən azaltmasının səbəblərini də açıqlayıb: "Aprelin əvvəlində dördgünlük müharibədə ermənilər yüzlərlə itkilər verdi. İtkilərin sayını isə dəfələrlə aşağı göstərdilər. Öz KİV-ləri də bunu qeyd edir. Bəs sual olunur: niyə gizlədirlər? Çünki Qarabağda döyüşən düşmən əsgərlərinin 60-70 faizini muzdlular təşkil edir. Bundan əlavə, aprelin əvvəlində düşmənə sarsıdıcı zərbə endirməmizdən sonra Ermənistan silahlı qüvvələri, xalqı çaşqınlıq içərisindədir. Məhz bu səbəblərdən itkilər gizlədilir". 



R.Məhərrəmov Ermənistan ordusunda insan resursunun çatışmadığını vurğulayıb: "Ermənistan prezidenti səfərbərlik elanı ilə bağlı anons verdi. Lakin sonra Ermənistan Müdafiə Nazirliyi bu xəbəri təkzib elədi. Əminliklə deyə bilərəm ki, onlar qeyri-rəsmi formada səfərbərlik həyata keçirirlər. Amma gördüyünüz kimi, ancaq qocalar könüllü olaraq Qarabağı "qorumağa" gedirlər. Çünki cavanlar orduya xidmətdən yayınırlar. Onların insan resursları çatışmır. Son statistikaya baxın. Ermənistanda 1 milyon 650 min insan qalıb. Onların arasında qoca da, uşaq da, qadın da var.

İnsan resursu demişkən, bir məsələni də vurğulamalıyam. Məndə olan məlumata görə, aprelin əvvəlində başlamış müharibə zamanı düşmən tərəfində insan resursunun olmaması texnikaların 40-50 faizinin parklarda qalmasına səbəb olub. Çünki həmin texnikanı idarə etməyə insan resursu yetməyib. Azərbaycan ordusunun əks-zərbəsi nəticəsində düşmənin çoxsaylı qüvvələrinin fərari etməsi, bu çatışmazlığlı yüksək həddə çatdırıb. Bütün bu amillər onu deməyə əsas verir ki, onların müharibə aparmağa gücü və ruh yüksəkliyi yoxdur". 

Eks hərbi polis rəisi aprelin əvvəlindəki müharibənin Azərbaycanı qələbəyə daha da yaxınlaşdırdığını düşünür: "Ermənistan bu gün də dinc sakinləri ağır artilleriyadan güllə-boran edir. Bilirlər ki, kəndlər harada yerləşir, atəş açırlar. Bu isə daim davam edə bilməz. Prezidentimiz də, nazir də qeyd elədi ki, belə davam etsə, müharibə qaçılmazdır. Son qələbəmizdən sonra cəmiyyətdə, orduda böyük ruh yüksəkliyi yaranıb. Baxın, əvvəl bir şəhidimiz olanda valideynlər haray-həşir edirdilər. İndi isə bayramla, şəhid kimi yola salırlar. Hətta ermənilər ən müasir silahları alsalar belə, ruh yüksəkliyi yoxdursa, qələbə qazanmaq şansları yarıbayarı aşağı düşür. Qələbə biz tərəfdədir!"

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar