Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Orqanizm özlüyündə morfin ifraz edir“


Bu tip insanlar sadə cörək və ya süd məhsulu qəbul edərkən artıq narkomanlar kimi hallanırlar


2 Aprel bütün dünyada olduğu kimi, Autizm maarifləndirmə günü kimi bizdə də, yəni  Autizmlə əlaqəsi olan insanlar arasında da qeyd olunur. Təəssüf ki, KİV-lərimiz də cəmiyyətimiz kimi kampaniyaylara daha cox meylli olduqlarından, aprelin 3 –ü nə Autizm yada düşdü, nə də onun problemləri.

Bununla bağlı yerli TV –lərimizin birində verilişdə mən də iştirak etmişdım. Cox danışıqlar oldu, amma təəssüf ki, irəlləyiş olmadı.

Sual verə bilərsiniz  ki, niyə?

Buna görə əvvəla gərək bir daha Autizm sindiromunun nə olduğunu sizlərə qisaca da olsa, anladım.

 Autizm - daxili və xarici amillərin təsiri nəticəsində orqanizmdə gedən maddələr mübadiləsinin pozulmasına gətirən və bununla bağlı yaranan psixonevroloji simptomların kompleksidir. Loru dildə isə desək, bu bir neçə xəstəliyin orqanizmdə birləşməsidir. Amma gəlin baxaq, görək Azərbaycanın rəsmi tibb mənbələri nə deyir.

 Autizm – xəstəlik yox, psixologi sindiromdur və bu genetik məsələdir. Fərqi sadə oxucu hiss eləməsə də, ailəsində Autizm problemi olanlar yəqin fərqi daha aydın hiss elədi. Cünki ilk növbədə ailəsində Autizm sindiromlu uşaq olan valideynlərin 99% -nin bu vaxta qədər nəslində belə bu tip problem olmayıb.

2-cisi isə odur ki, autizm problemli uşaqların əksərində mədə-bagırsaq problemi var, yəni bu, artıq orqanizmdə olan maddələr mübadiləsininin pozuntusu deməkdir. Deməli, Autizmin bir xəstəlik kimi kənar amillərin təsirindən yaranmasını da hesaba almaya bilmərik.  Bu da ondan irəli gəlir ki, orqanizmdə maddələr mubadiləsi pozulduğundan uşağın orqanizmində viruslar çoxalır, qarnında qurd olur  və ən əsası orqanizm qyutein adlı maddəyə həssas olur . Bu isə o deməkdir ki, qidasında Qlyutein və kazein olduqda orqanizm özlüyündə morfin ifraz edir.

Sadə dildə desək, bu tip insanlar sadə cörək və ya süd məhsulu qəbul edərkən artıq narkomanlar kimi hallanırlar. Bu proses vaxtında və hərtərəfli müalicə olunmadan uzun müddət davam edərsə, artıq bu insanlarin orqanizmləri zəhərlənmiş olur. Bu zəhərlənmə isə beynin müəyyən hissələrini sıradan çıxardır və belə insanlar ətrafda baş verənlərə laqeyd olurlar.

Narkotik istifadəçilərini təəssüf ki, hamımız görürük. Lakin bu gün rəsmi tibb mənbələri Autizmi xəstəlik kimi qəbul etməməsi və onun müalicəsinin sirf pedaqoqların üzərinə atması boş yerdən deyil. Əvvəla bu bilərəkdən edilir. 2-cisi isə bir çox "mutəxəssis"lərin savadsizliqdan irəli gəlir. Sual verə bilərsiniz ki, nə üçünn bilərəkdən?

Buna cavab olaraq bir məsələni sizlərə xatırlatmaq istəyirəm, artıq hamı bilir ki, dünya siyasəti və iqtisadiyyatı pul üzərində qurulub və kimin pulu çoxdursa, o da musiqini sifariş verir.

Təəssüflə bildirmək istəyirəm ki, bu yaşadığımız kapitalizm quruluşunun inkarolunmaz qanunlarındandır. Bu gün bizim cəmiyyətdə pul, qazanc naminə demək olar ki, hamı çalışır. Düzdür, bir çoxları bunu halal və qanunu yolla etsə də, başqa biriləri bunu asan yolla edir və çox təəssuf ki, müvəffəqiyyətlə də edirlər. Bu, bütun dunyada olduğu kimi, Azərbaycanda da belədir. Cünki indiki bazar qiymətləriylə 200 manat əmək haqqı alan müəllimin və ya həkimin acından ölməyib ailə saxlaması, 1500 -2000 manat alan məmurun 200 min manatlıq maşın sürməsi, 5 – 6 ay ərzində bir necə yerdə ev alması bunun inkaredilməz faktıdır. Bu səbəbdən də autizmi genetikanin və pedaqoqların üzərinə atılmasının arxasında ilk növbədə maddi maraqlar durur. Məsələn, əgər bu gün autizm və onun kimi problemlərin acarı xarici amillərdə axtarılsa, bu zaman ekologiyanın kəskin pisləşməsi, qida məhsullarında ucuz başa gələn genetik modifikasiya olunmuş məhsulların və konservantların istifadəsi və eləcə də tibbdə olan problemlərimiz üzə çıxacaqdır ki, bu da bütün bunlardan milyonlar qazanan işbazlara sərfəli deyildir.

Bu gün təkcə elə Bakıda tibb müəssisələrinin çoxluğu və onlara, eləcə də xaricə mualicəyə gedən insan axını tibblə bağlı problemlərimizin dərinliklərindən xəbər verir. Bu isə sadə xalqın maddi durumunun pis olmasından tutmuş, dərman preparatlarının bahalığgı və tibbdə monopoliya olması deməkdir. Bu səbəbdən də Autizm problemini dərin quyuya atıb, ordan əks-səda gözləməkdən başqa yol görməyən insanlar onu genetikayla bağlayırlar. Amma bir nəfər də bu genetika məsələsinin cəfəngiyyat olmasını dilə gətirmir. Bəli, br nəfər həkim və ya ziyalı çıxıb demir ki, "ay qardaş, demirsən genetikdir, bunu elmi sübut elə də...”.

İnanın, butun interneti ələk-vələk etsəniz, Autizmin genetik olduğunu sübüt edən bir fakt tapa bilməzsiniz. Amma əksinə, peyvəndlərin ucuz başa gəlməsi ücün onlar əlavə olunan konservantdlarla bağlılıq fakti istər elmi, istərsə də sadə xalq diliylə sübutu adamın gözünə girir. Sual verə bilərsiniz, niyə məhz peyvəndlər?

Cavab verirəm, hələ orta məktəbdən hamımız biologiya və kimya dərsində oxumuşuq ki, civənin hər bir forması İnsan orqanizmi ücün zəhərdir. Eləcə də bu aliminiuma da aiddir.

Bu gündə yaşadığımız kapitalizm qanunlarına uyğun olaraq, dünyada peyvənd istehsalı 2 formada aparılır. Inkişaf etmiş ölkələr və inkişafda olan ölkələr üçün. Almaniya, İngiltərə, Danimarka,ABŞ, Yaponiya kimi ölkələrdə vaksinasiya prosesi heç də bizdəki kimi deyil. Əvvəla istifadə olunan vaksinlərin tərkibində konservantlar olmadığından (yəni civə və aliminium), onların tərkibindəki bəzi mikroblar diri yox, ölü formada olduğundan onlar daha baha və daha təhlukəsizdir. 2-ci də onlar da vaksinasiya ucdantutma hamıya doğulan gündən yox, invidual yanaşma prinsipiylə aparilır.

Lakin bizdə bu proses tam əksinədir. Uşaq dünyaya gələndən artıq bir necə saatdan sonra ona ilk peyvənd vurulur və əgər Ümumdünya Səhiyyə Təşkilatının 2007-ci il martın 16-da qəbul etdiyi ( insanın çəkisinə görə gün ərzində qəbul etdiyi ağır metalların təhlükəsiz miqdarına dair) protokola inansaq, bu, orta çəkili uşağın normasında 20-25 dəfə çox olan ağır metalların qəbulu deməkdir. Belə ki, Azərbaycan kimi özünü 3-cü dünya ölkəsi sayan dövlətlərdə istifadə olunan peyvəndlərdə ucuz başa gəlsin deyə, konservand kimi ağır metallardan istifadə olunur (Timerasol, civə və aliminium ).

 Bəli, düz başa düşdünüz, Azərbaycan məmuru yerli TV- lərdə nə qədər sinəsinə döysə də, elədiyi iş bunun əksini göstərir. Bundan əlavə, bizim səhiyyənin başında oturan məmurlar bilərəkdən Azərbaycan Respublikasının Yoluxucu xəstəliklərin ümumprofilaktikası haqqında qanunun 6-cı və istehlakçıların müdafiəsi haqqında qanunun 5-ci maddəsini kobudcasına pozmaqla məşğuldurlar.

 Bu qanunlarda göstərilir ki, valideynin (istehlakçı) ona göstərilən xidmətlə bağlı (övladına vurulan peyvəndin ) sənədlərə baxmaq hüququ vardır. Gəlin, indi baxaq, hansı poliklinikada peyvəndlərin tərkibi və əks göstəricilər barədə stend və ya guşə vardır? Heç birində. Bəs, niyə yoxdu?

 Bax, bu niyəni isə biz yox, ölkənin milli təhlükəsizlik və hüquq mühafizə orqanları axtarmalıdır. Axı, biz hüququ dövlətdə yaşayırıq...

 Nə isə..

Hörmətli oxucu, sonda sizə bir məsləhətim var. Harada olursunuz olun, bir şeyi unutmayın, insan övladı təəssüf ki, çox şeyi almağa və satmağa qadirdir. Bu səbəbdən də hüquqlarınızı bilin və qoruyun!

 Cünki gələcək nəslin sağlamlığı tibb və elmi-tərəqqidən daha çox, bizim onu və onun hüquqlarını indidən qorumağımızdan daha çox asılıdır.

Əhməd Rəhmanov
Azad istehlakcılar Birliyinin nəznində yaradılmış Tibbi müayinə, müalicə, eləcə də profilaktik və bərpa iştirakçısının  hüquqların müdafiə komissiyasının sədri
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar