Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Oxumamış deputat olmaq üçün pulqabın çox yoğun olmalıdır“



Ukrayna Ali Radasının Pyotr Poroşenko blokundan olan deputatı və AŞ PA-nın vitse-prezidenti Vladimir Aryev özünün Facebook səhifəsində Azərbaycana qarşı təxribat hesab olunacaq paylaşım edib


 O, Azərbaycanda və Ermənistanda xalqlara çağırış edib ki, "özlərinin hakimiyyətlərini" devirsinlər.

Milli.Az xəbər verir ki, ukraynalı deputatın belə bir açıqlamasına azərbaycanlı millət vəkili Rasim Musabəyov cavab verib.

Musabəyovun sözlərinə görə, ukraynalı həmkarını bir qədər araşdırıb.

"Vikipediyaya inansaq, onun 40 yaşı var. Fizika üzrə təhsil alıb, ancaq ikinci kursdan təhsilini buraxıb. Sonradan 6 il jurnalistika ilə məşğul olub, ancaq universitet diplomunu ala bilməyib. Buna baxmayaraq üç dəfə ard-arda parlamentin üzvü olub. Belə şeylərə nail olmaq üçün Ukraynada pulqabın çox yoğun olmalıdır. Ya da ki, bu, prinsipsizlik və üzlülükdür. Aryevin fizionomiyası da göstərir ki, onun sahibi sadalanan xüsusiyyətlərin çatışmazlığını hiss eləmir", - Musabəyov qeyd edib.

Millət vəkilinin sözlərinə görə, prezident Poroşenkonun tərəfdarları Aryev kimilərdirsə, onda hökumətin aparıcı postları üçün Gürcüstan, Litva, Kanada və başqa ölkələrdən adamların çağırılması təəccüblü deyil. Öz kadrları hakimiyyəti "sökə" bilərlər. Çünki yaratmaq üçün kifayət qədər biliyə və təcrübəyə malik deyillər.

"Axı bir gün Ukrayna xalqı soruşacaq ki, Viktor Yanukoviçin güc yolu ilə devrilməsindən sonra Krımın itirilməsinə kim günahkardır? Donbassda müharibəyə fikir yönəldərək Ukraynanı Avropada ən aşağı yaşayış səviyyəsinə çatdıranlar kimlərdir?

Millət vəkili Ukraynadakı vəziyyətlə bağlı Odessa vilayətinin qubernatoru təyin olunan Mixeil Saakaşvilinin sözlərini də xatırladıb. Saakaşvili bir müddət əvvəl demişdi ki, Odessada iqtisadi çöküşün qarşısını alaraq illik 4%-lik artıma nail olsalar belə, 2013-cü ildəki vəziyyətə gətirmək üçün 20 il sərf olunacaq.

"Əgər Ukraynada vəziyyət belə davam edərsə, xalq hakimiyyəti devirsə, təəccüblənmərəm. Azərbaycan xalqının isə ötən əsrin 90-cı illərində baş verənlərdən sonra, Ukraynanın hazırkı vəziyyəti kimi vəziyyətlərə immuniteti yaranıb", - deyə deputat vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar