Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Özümü öldürmək dərəcəsindəyəm“


Mingəçevir şəhər sakini Prezidentə müraciət etdi


Mingəçevir polis rəisi naziri aldadıb?

Mingəçevir şəhər  sakini Ə.Vahid küçəsi ev 2 mənzil 75 yaşayan Nəbiyevə Gülər Cümşüd qızı saytımızın elektron poçtuna ölkə prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

PİA.AZ həmin müraciəti olduğu kimi oxucularının diqqətinə cəlb edir:

"Möhtərəm prezident, siz hər zaman məmurların işının xalqa xidmət olduğunu qeyd edir, məmurları sizdən nümunə götürərək xalqa xidmət etməyə, özbaşınalığa və qanunsuzluğa son qoymağa cağırırsınız. Amma bəzi məmurlari bu cağırışlara məhəl qoymayaraq xalqın canını boğazına yığir, hətta intihar həddnə belə catdırırlar. 

Mıngəcevir şəhəri acınacaqlı vəziyyətdədir, oğurluq, cinayətkarlıq baş alıb gedir. Polis şöbəsinin rəisi Ələsgər Bədəlovun hər işi pulla həll etməsi buna şərait yaradıb. Mıngəcevir şəhərində polis şöbəsinin rəisi Ələsgər Bədəlovun haqsızlığına məruz qalan yuzlərlə vətəndaşdan biri kimi bildirirəm kı, intihar həddindəyəm. Belə getsə korpudə özünü atan və ya özünə od vurub yandıranlardan biri də mən olacam. 

Mən sizin seçiciniz kimi, sizi dəstəkləyən bir qadın, bir ana kimi bildirirəm kı, 4 uşaq anasıyam, böyük bir ailənin yeganə qazanc yeri eviimizin qarşısında yerləşən mağazadır. Mənim yaşadığım binanın qarşısında sahıb olduğum mağaza 4 ayda 2 dəfə yarılıb. Mağazamı yaran oğru tutulsada sonda polis rəisinə rüşvət verərək buraxılıb.  Mən isə dükanımdan edilən oğurluq hadisəsinə görə banklara borclanmışam və həmin vəsaitli ödəyə  bilmirəm.

İşlətdiyim mağaza ikinci dəfə oğurlananda Xəzər tv və El tv kanalları hadisəni çəksə də yalnız Xəzər tv göstərdi. Amma 2-ci dəfə oğurluq olandan sonra oğrular tutulmuşdu və mənə bu haqda məlumat da verildi . Oğrulardan biri Səttar Elman oğlu adlı şəxs cinayətini də boynuna aldı. Onu 3 gün poliis şıbəsində saxladılar mənə polis rəisi şəxsən dedi ki,oğrunu tutmuşuq,boynuna da alıb,sənin pulun odəniləcək. Lakin sonra oğru buraxıldı və mənə dedi ki,  ”əvvəl boynuna almışdı, indi deyir  isə deyir mən etməmışəm, zorla xalxın boynuna qoyası deyiləm ki..”

Bundan sonra Mingəcevir şəhər polis şobəsinin yollarında qaldım.  Məcbur olub min əziyyətlə Daxili işlər naziri Ramil Usubovun vətəndaşlarla görüşünə yazıldım və qəbuluna düşdüm. Nazirin qəbuluna şöbədə yazilmaq istəsəm də yazmadılar, əksinə rəis mənı cağirıb şıkayət etməkdən cəkindirmək istəyirdi. Açılmayan cinayətlərin cox olduğunu bunun da onlardan biri olduğunu dedi. Mənə ”Qorxmursan oğlanların var, sən bu şəhərdə yaşamırsan?" deyə hədələdi. Bakıya zəng edib borcum olduğunu və qəbula salınmayacağım halda özümü yandıracağımı dedikdən sonra məni qəbula yazdılar.  

Cənab nazir  Ramil Usubov Göyçayda vətəndaşlarla görüşündə mənidə  qəbul etdi. Mən bu cinayətin gizlədildiyi haqda məlumat verdim, cənab nazirdən oğurlanan malların pulunu geri qaytarılmasını xahış etdim. Amma maraqlı budur kı, Ramıl Usubovun qəbulunda əvvəlkı dediklərinin əksinə olaraq Mıngəcevir şəhər polis rəisi Ələsgər Bədəlov naziri aldadaraq oğrulara həbs verdiyini və mənimdə bunu buildiyimi dedi. Nazir ona əsəbləşib, rəisə oğruları təcili tutmağı həbs etməyi tapşırdı. Ələsgər Bədəlov nazirə söz verdi ki,oğru tutulacaq və qadına dəymış ziyanın odənılməsi təmin olunacaq. Ancaq polis rəisi nazirə verdiyi sözü tutmadə və Ramil Usubovuda mənidə aldadaraq oğruları yenə tutmadı. 

Hazırda oğrular  şəhərdə sərbəst  gəzirlər,  mən isə borcun içindəyəm. Mənə dəyən ziyan 5000 manat pulun əvəzinə bankda borcum artıq 13 mınə catır. Əvvəlki borcumun üstünə dəyən ziyan da bir tərəfdən. Bu azmış kımı mənı rəis ələ salır. Deyirəm Nazirlıyinizdən mənə məktub gəlib ki, oğruları tutubsunuz, biri də Səttardır. Deyir, “Mən tutmuşam vermışəm məhkəməyə, məhkəmə buraxıb get ondan şıkayət et. 1 il 6 ayım qalıb, qoy işləyim.. Mən kıməm ki,adam tutam, buraxam”. Gedirəm məhkəməyə, məhkəmənın sədri deyir elə bir iş bizə gəlməyib. Qayıdıb yanına soruşuram ki, məni ələ salmısınız məhkəmədə elə iş yoxdur. Cavab verir ki, sənə kım dedi get məhkəməyə get mustəntıqin yanına. Gedirəm müstəntiq Rəşad müəllımın yanına. O da mənə deyir ki, mən burada danışa bilmirəm, bacı, get maqazinə saat 4də oraya gələcəm. Sonra da gəlmır.. 

Cənab prezident, son ümüdüm sizədir. Özümü öldürmək dərəcəsınə catmışam. Mənim övladım hərbiçidi, yeganə gəlir yerimiz o maqazindir. Əgər bu məktubuma da baxılmasa, mallarımı qaytarıb oğrular tutulmasa, Mıngəçevirin rəisi məni ələ saldığına və oğruları buraxdığına görə cəzalanmasa ya mənim də də körpuyə cixib özümü atmaqdan, ya od vurub özümü yandırmaqdan başqa çarəm qalmır. 

Sizə inanıram və düşünürəm kı, bu haqsızlığa imkan verməyəcəksıniz. Mehriban xanım Əliyevanın müdaxiləsi ilə ağac kəsimi dayandırıldı. Bu xanıma olan xalq məhəbbətini lap artırdı. Ağacların kəsilməsi kimi bir haqsızlığa razı olmadığınız halda bir şəhərin Ələsgər Bədəlov adlı bəlasına, polis rəisinin vətəndaşları əzib cnayətkarlıği müdafiyə etməsinə, bir qadının, ananın intihar etməsinə razı olmazsınız. Sizdən xahiş edirəm mənə və bütün haqqı pozulan Mıngəçevirlilərə kömək edin. Bütünlüklə nahaqqa bürünmüş biri bizim haqqımızı hüququmuzu necə qoruya bilər?

Ümidimiz Sizədir. 

İmza; Gulər Nəbiyeva"

bitmap-img6

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar