Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Parlamentin buraxılmasının böhrana nə dəxli?”

Mehman Əliyev: “Parlamentdə ölkənin əksər siyasi qüvvələri təmsil olunduqda problemdən çıxış yolunu tapmaq asanlaşır”


Elman Fəttah: “Yeni parlamentin formalaşdırılması ölkəni çətin durumdan çıxaracaq ən optimal variantdır”

Ölkə müxalifətinin iqtisadi böhranla bağlı irəli sürdükləri antiböhran proqramları ətrafındakı müzakirələr səngimək bilmir. Parlamentin buraxılması tələblərinin əsasını təşkil etdiyi demokratik düşərgənin təkliflər paketi cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Xüsusilə hakimiyyət tərəfindən antiböhran proqramlarına sərt təpkilər var.

Müxalifətin təkliflər paketinə münasibətdə cəmiyyət arasında ikitirəlik yaranıb. Təkliflərə müsbət reaksiya verənlər hesab edirlər ki, üç ay öncə keçirilən parlament seçkiləri xalqın iradəsini əks etdirməyib, qanunverici orqanda ölkənin bir yox, bir neçə siyasi qüvvənin  təmsilçiləri olmalıdır. Onlar böhrandan çıxış yolunu bunda görürlər. Antiböhran proqramlarına qarşı çıxanların gətirdikləri əsas arqument isə ondan ibarətdir ki, indiki şəraitdə parlamentin buraxılması iqtisadi böhranla yanaşı, siyasi böhranın baş verməsinə səbəb ola bilər. Hər iki tərəfin fikirlərində müəyyən qədər həqiqətlər görünür. Amma müəmmalı olan odur ki, Azərbaycanda yeni parlamentin formalaşmasının siyasi böhranla nə əlaqəsi ola bilər? 




“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev bildirdi ki, parlamentin buraxılması mütləq şərt deyil: “Bu, sadəcə, atıla biləcək addımlardan biridir. Gələcək gedişlərə hesablamadır. Əsas məsələ dialoq olmalıdır. Ümumi platforma yaradılmalı, hakimiyyət, müxalifət, müstəqil ekspertlər birlikdə təkliflərini verməlidirlər. Orada artıq ”yol xəritəsi“ deyilən bir məsələ var. Parlament elə bir yerdir ki, orada müxtəlif qurumların nümayəndələri toplanmalı, ölkənin çətin durumunda bir araya gəlməlidirlər. Burada bir məsələ də tərəflərin məsuliyyəti bölüşməsidir. Bu gün hakimiyyət böhran yaradıb, böhrandan çıxış yollarını tapa bilmir. Başqa qüvvələrlə, xalqla birlikdə iş görmək istəmir. Bu baxımdan parlamentdə ölkənin əksər siyasi qüvvələri təmsil olunmalıdır. Belə olduqda problemdən çıxış yolunu tapmaq asanlaşır. Dialoq, birgə əməkdaşlıq normal təkliflərdir”.



Parlamentin buraxılması təklifi ən çox Müsavat Partiyası tərəfindən səslənir. Qurumun antiböhran proqramının əsas nüvəsini də bu təklif təşkil edir. Müsavat başqanının müavini Elman Fəttah parlamentin buraxılması ilə bağlı təkliflərinə sərt reaksiyaların olmadığı qənaətindədir: “Bütün siyasi qüvvələr parlamentin buraxılması və yeni qanunverici orqanın formalaşdırılması təklifi ilə çıxış edirlər. Bunun əleyhinə bir təklif yoxdur. Unutmayaq ki, Azərbaycanda iqtisadi böhranın baş verməsinə səbəb siyasi amillərdir. Çox absurd olar ki, kimsə Milli Məclisin buraxılması tələblərinə qarşı çıxsın. Yeni parlamentin formalaşdırılması ölkəni çətin durumdan çıxaracaq ən optimal variantdır. Ölkənin gələcəyi üçün də müsbət keyfiyyətlər verər. 

Hakimiyyət siyasi islahatları həyata keçirmək istəməsə də, yaxın gələcəkdə buna məcbur olacaq. Ya nəzərdə tutulan islahatlar keçiriləcək, ya da hakimiyyət dəyişikliyi qaçılmaz olacaq. Nəticədə isə hakimiyyətə gələn yeni qüvvələr siyasi islahatları keçirəcəklər. Parlament buraxılmadan böhranın qarşısını almaq mümkünsüzdür. 

Hakimiyyətin son addımları onu göstərir ki, siyasi islahat keçirməyə meylli deyillər. Sadəcə, iqtidar qəzəblidir ki, neftin qiyməti aşağı düşüb. Çıxış yolunu neftin qiymətinin qalxmasında görürlər. Bütün bunlar onu göstərir ki, hökumət böhrandan çıxa bilməyəcək. Parlamentin buraxılmasından başqa atılacaq hər bir addım böhrandan çıxış yolu olmayacaq”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar