Dəmir yolunda təmir işləri aparılacaq
Avqustun 2-si saat 20:00-dan avqustun 3-ü saat 08:00-dək paytaxtın Neftçilər prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində, “Port Baku”nun inzibati binasının yaxınlığında dəmir yolunda əsaslı təmir-tikinti işləri aparılacaq.
Bu barədə Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
Bu səbəbdən göstərilən ərazidən keçən bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.