Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Prezident hansı küncə qoysa, orada duracağam“

“Kimin xoşuna gələr ki, Bakının içərisində basabas, tıxac olsun. Amma sadəcə şəhərin strukturu elədir ki, onun üç tərəfi sudur, bircə tərəf açıqdır. Maşın axını eyni istiqamətədir. Odur ki, əsas məqsədlər ondan ibarətdir ki, çıxış düzəlsin”


PİA.AZ musavat.com-a istinadən bildirir ki, bunu parlamentdə jurnalistlərə açıqlamasında deputat, “Azəryolservis” ASC-nin prezidenti Cavid Qurbanov deyib. Pirallahı rayonunu Abşeronla birləşdirən yolun çəkilişinə münasibət bildirən C.Qurbanov bunu qlobal bir məsələ adlandırıb.

Ölkə başçısının avtodayanacaqlarla bağlı verdiyi qərara münasibət bildirən C.Qurbanov yerüstü avtomobil dayanacaqlarının salınması ilə bağlı fikirlərini də böıüşüb: “Avstriyada, Parisdə insanlar 300 il bundan əvvəl şəhəri tikəndə onun bünövrəsini qoyublar. Məsələn, orada kanalizasiya yerlər var. Həmin şəhəri tikən mühəndis fikirləşib ki, bu şəhər nə zamansa 4 milyonluq ola bilər. Bunu hesablayıb tikiblər. Amma Bakı şəhərində bu altyapı deyilən bir şey yoxdur.

Çox sərəncamlar səhv verilib ki, parkinqlər olmayıb. Ona görə də şəhərdə çoxlu basabas əmələ gəlib. Bizdə tıxac yoxdur. Küçələrimiz dardır. Şəhərdə çoxlu gecəqondularımız var. Şəhərimiz onsuz da köndələndir. Kim necə istəyib, balkon çıxardıb, kim istəyib, sambo tikib yola çıxarır. Hesab edirəm ki, bu bir psixologiyadır. İnsanlar yavaş-yavaş buna hazırlaşıb gəlməlidir. Bütün bu məsələlərin həlli üçün zaman lazımdır”.

C.Qurbanov deyib ki, ölkə başçısı tam haqlıdır: “Dünyanın hər bir yerində küçələrdə polislər dayanır. Avtomobil lazım olmayan yerdə saxlayırsa həmin polis avtomobil sahibini cərimələyir. Bunu Dövlət Yol Polisi ilə bərabər bir plan hazırlanmalıdır ki, avtomobil şəhərin bu yerlərində durmalıdır. Bunun üçün aparatlar, kameralar qurulmalıdır. Səhv edən şəxslər ciddi cəzalandırılmalıdır. Qalan şəxslər üçün də şərait yaradılmalıdır ki, maşını haradasa saxlayıb getsinlər”.

Avtodayanacaqlardakı qiymətlərin bahalığına gəlincə isə C.Qurbanov bildirib ki, bu məsələyə Tarif Şurası qərar verir.

C.Qurbanov son günlər barəsində dolaşan söz-söhbətlərlə bağlı isə Prezidenti nəzərdə tutaraq bunları bildirib: “Vəzifəyə qoyub, çıxardan bir kişi var. Qərarı o qəbul edir. Mən onun əsgəriyəm. O hansı küncə qoysa orada da duracağam”.

“Azəryolservis” ASC-nin Nəqliyyat Nazirliyinin balansından çıxarılacağı ilə bağlı xəbərlərə gəldikdə, o, qeyd edib ki, ASC-nin nazirlikdən ayrılmasına ehtiyac yoxdur: “Bizim bir problemimiz yoxdur. Biz Nəqliyyat Nazirliyinin tərkib hissəsiyik”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar