Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Prezidentə qarşı “səlib yürüşü“ elan ediblər“



“İlham Əliyev referendumdan sonra ciddi islahatlara hazırlaşır. Bunu hiss edən rüşvətxor məmurlar artıq prezidenti sabotaj etmək üçün addımlar atmağa başlayıb”


Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib. 

Partiya sədrinin sözlərinə görə müəyyən insanlar bilərəkdən ölkədə gərginlik yaradırlar:

“Manat yenidən ucuzlaşır, bazarda qiymətlər bahalaşır. Müəyyən insanlar var ki, özləri bilərəkdən bunu edirlər. Onlar bununla xalqı prezidentin üzərinə qaldırmaq istəyirlər. Xalq isə ağı qardan seçə bilir. Hamı görür ki, prezident xalqa xidmət etmək üçün hansı addımlar atır. Bunu istəməyən müəyyən daxili qüvvələr prezidentə qarşı "səlib yürüşü" elan ediblər. Çünki islahatlar onlara sərf etmir. Hesab edirəm ki, prezident bu şəxslərə qarşı təcili tədbir görməlidir. Bu gün Eldar Mahmudovun obyektlərinin yenidən açıldığı haqda məlumatlar dolaşır. Keçmiş nazirdən çəkinən, ona dəstək verən qüvvələr göründüyü kimi iş başındadılar. Azərbaycana qarşı sapı özümüzdən olan baltalar təbliğat aparır. Ziya Məmmədovun oğlu Anar Məmmədov ABŞ-da ölkəmizə qarşı aparılan anti-Azərbaycan təbliğatının əsas təşkilatçılarından biridir.  Ziya Məmmədovun qudası, Kənd Təsərüfatı Naziri Heydər Əsədov isə ölkənin pulunu talamaqla məşğuldur. Ölkəmiz bu tip məmurlardan tezliklə yaxa qurtarmalıdır. Mən Hafiz Hacıyev olaraq prezidentə qarşı olan qüvvələrə qarşı ideoloji müharibəmdə bir addım da geri çəkilməyəcəm. Mənə qarşı olan bütün təhdidlər məni yolumdan döndərə bilməz, çünki mən doğru yoldayam”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar