Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir” - Niyaz Niftiyev

"Azərbaycan ölkə daxilində dinlərarası, millətlərarası münasibətlərin tənzimlənməsində çox böyük uğurlara nail olub və biz son 15 il ərzində bunu dünyaya nümayiş etdirmişik”


Prezident İlham Əliyevin parlamentdə keçirilən andiçmə mərasimindəki çıxışı zamanı səsləndirdiyi milli birlik mesajlarına münasibət bildirən milli, dini və multikulturalizm məsələlər üzrə araşdırmaçı jurnalist Niyaz Niftiyev bildirib ki, düşünülmüş multikulturalizm siyasəti olmadan  ölkə sabit inkişaf yoluna qədəm qoya bilməz: 

"Azərbaycanın birgəyaşayış modelini formalaşdırması və dünyaya təqdim etməsi isə bunun əyani təzahürlərindəndir. Ölkəmizin milli mədəniyyətinə uğurla inteqrasiya edən müxtəlif xalqların nümayəndələri harmonik inkişaf edirlər”. 

N.Niftiyev bildirib ki, bütün dünyada milli və dini münaqişələr fonunda artan anlaşılmazlığa, fobiyaya, qarşıdurmaya yol verməmək üçün birgəyaşayışın Azərbaycan modeli haqqında düşünmək  və  bu düsturu digər ölkələrdə də tətbiq etmək ancaq bəşəriyyətə uğur gətirə bilər: "Prezident İlham Əliyev multikulturalizmi dövlət siyasəti elan edərək, bunu ardıcıl olaraq davam etdirəcəyini, təkcə, ölkə daxilində deyil, bir sıra mötəbər tribunalarda da əminliklə vurğulayıb. Bu cür yanaşma multikulturalizmin ən yaxşı modeli olan ölkəmizin inkişafının tarixi reallıqları, müasir dünya sivilizasiyası məkanı və zamanı daxilində davamlı inkişaf təlabatları ilə elmi cəhətdən əsaslandırılıb. Bu baxımdan, prezident İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi fikirləri bir daha onu deməyə əsas verir ki, multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir”.  

N.Niftiyev qeyd edib ki, Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və ahəngdar birgəyaşayışı üzərində qurulmuş və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir: "Tarixən, Azərbaycanda insanlar arasında milli, dini və irqi ayrı-seçkiliyə yol verilməyib, tolerantlıq milli mentalitetimizə xas olub. Yüzilliklər boyunca Azərbaycanda məskunlaşan və müxtəlif dinlərə etiqad edən xalqlar sülh və əmin-amanlıq şəraitində dinc - yanaşı yaşayıblar – aralarında heç bir ayrı-seçkilik olmayıb. Bu ənənə eyni qaydada davam etməkdədir”.(BakuPost)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar