Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Prezidentin tapşırıqları Gəncədə hər zaman yerinə yetiriləcək“ - Fotolar


Gəncə şəhər İcra Hakimiyyətində bu ilin doqquz aylıq yekunları və qarşıda duran vəzifələrlə bağlı şəhər fəallarının yığıncağı keçirilib


Yığıncaqda müəssisə və təşkilat rəhbərləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 oktyabr – Müstəqillik Günündə Gəncəyə tarixi səfərini, son illər və 2014-cü ilin doqquz ayında şəhərin sosial-iqtisadi, ictimai-siyasi həyatını, qazanılan uğurları, Gəncənin qədimliyini saxlamaqla, müasirləşməsini əks etdirən sənədli film nümayiş etdirilib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbir iştirakçılarını Müstəqillik Günü münasibətilə təbrik edib, onlara səmərəli fəaliyyətlərində uğurlar arzulayıb. O, ölkə başçısının Gəncəyə 13-cü səfərini 2014-cü ilin ən əlamətdar hadisəsi olaraq dəyərləndirib. Cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində şəhərin yeni intibah dövrü yaşadığını, bütün sahələrdə görkəmli nailiyyətlərin əldə edildiyini, ulu öndər Heydər Əliyev siyasi kursuna daim sədaqətli olan gəncəlilərin inkişaf və tərəqqi naminə əzmkarlıqla və fədakarlıqla çalışdıqlarını qeyd edib və bütün gəncəlilər adından cənab İlham Əliyevə, onun xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCOİSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

İcra başçısı möhtərəm Prezidentimizin tapşırıqlarının Gəncədə hər zaman yüksək səviyyədə yerinə yetiriləcəyini, 2014-cü ilin də şəhərin tarixində qələbə və zəfər ili olaraq yadda qalacağını vurğulayıb.

Çıxış edənlər - ADAU-nun rektoru professor İbrahim Cəfərov, Təhsil İdarəsinin müdiri Zakir Hüseynov,  Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Qafqaz Müsəlmanlarının Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov və başqaları ümummilli lider Heydər Əliyevin ənənələrini sədaqətlə davam etdirən cənab İlham Əliyevin Gəncəyə və gəncəlilərə həmişə böyük qayğı göstərdiyini, gəncəlilərin də bu etimada layiqli işləri, möhtəşəm töhfələri ilə cavab verdiklərini, bundan sonra da bu uğurları davam etdirəcəklərini bildirməklə, səmimi təşəkkürlərini ifadə ediblər.

 Tədbirin sonunda Gəncənin ictimai-siyasi həyatında fərqlənən şəhər fəallarından bir qrupuna Fəxri Fərman və qiymətli hədiyyələr təqdim edilib.
 








Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar