Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Pula Rəsulzadənin şəklinin vurulmasının əleyhinə olmuşan”


Sabiq maliyyə naziri Saleh Məmmədov: “Manatın dizaynının dəyişdirilməsinə sərf ediləcək vəsaitin...”


Bir neçə gün öncə Milli Məclisin keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov milli valyutanın üzərində Heydər Əliyevin şəklinin vurulmasını təklif edib.

 O xatırladıb ki, Türkiyənin milli valyutasının üzərində də Mustafa Kamal Atatürkün şəkli var: “Dünyanın bir neçə ölkəsində bu ənənə var. Heydər Əliyevin adı hər yerdə olmalıdır. Kimsə onun şəklini sinəsində gəzdirirsə, burada pis nəsə yoxdur. Heydər Əliyevin xatirəsi əbədi olmalıdır”.

Xatırladaq ki, Azərbaycan manatı dövriyyəyə buraxılandan bu günə qədər 2 dəfə dəyişilib.

1992-ci ilin avqustunda üzərində “Qız qalası” əks olunan 1, 10 və 250 manatlıq əsginazlar, noyabrda 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əsginaz, 1993-cü ilin martında isə  Nizami Gəncəvinin portreti olan 500 və Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadənin portreti olan 1000 manat nominallı kağız əsginazlar dövriyyəyə buraxıldı. 1000 manatı ifadə edən bu pul nişanı 2006-cı ildəki denominasiyadan əvvəl dizayn dəyişikliyinə “məruz” qalsa da, “əvvəlki adı”nı saxladı. 

Yeni dizaynlı 1000 manatlıqlarımız İngiltərədə 2001-ci ildə “De La Rue” şirkəti tərəfindən buraxıldı. Məhəmməd Əmin Rəsulzadənin şəkli əks olunan köhnə 1000 manatlıqların yenisi Azərbaycanda neftin çıxarılması və istehsal edilməsinə həsr edildi. M.Ə.Rəsulzadənin və N.Gəncəvinin şəkillərinin pul nominallarının üzərindən götürülməsinə  üzülənlərlə yanaşı, sevinənlər və bunu düzgün addım hesab edənlər də olmuşdu. Səbəb isə hansı bir nominallı pul vahidinin şəxsiyyətin adı ilə çağırılması və bu cür şəxsiyyətlərin şəkli olan pulların ayaq altına atılması və sairə ilə bağlı idi. 

Prezident İlham Əliyevin 7 fevral 2005-ci il tarixdə “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanına uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat AZN 5000 köhnə AZM-ə bərabər tutuldu. AZM və AZN birgə 1 il ərzində - 2006-cı ildə dövriyyədə oldu və yalnız 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edildi. 

Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əsginazlar və 1, 3, 5, 10, 20, 50 metal pul nişanlarından ibarət oldu. Azərbaycanın yeni nəsil əsginaz və sikkələrin dizaynları vahid konsepsiya əsasında hazırlanıb. Yeni pulların dizayn mövzusu “Müstəqil Azərbaycan” müəyyən edilib. AZN-lərin dizaynı Avronun müəllifi Robert Kalinaya məxsusdur. Yeni nəsil pul nişanlarının texniki parametrləri isə İsveçrə Milli Bankının texniki dəstəyi ilə hazırlanıb, 4 pilləli mühafizə sisteminə malikdir.

Image result for 1 məmməd

Ümumiyyətlə, bir çox dünya ölkələrində pulların üzərində siyasi xadimlərin deyil, ölkənin mədəniyyətini və ya görməli yerlərini əks etdirən, həmçinin müxtəlif mifik obrazların rəsmləri yer alır. Milli valyutaların üzərinə ictimai və siyasi xadimlərin, ümumiyyətlə, məşhur şəxsiyyətlərin rəsmləri həkk olunan ölkələr də çoxdur.  Bu  ölkələrdən biri də Türkiyədir. Türk lirəsının üzərində Mustafa Kamal Atatürkün rəsmi var. Yeni Zelandiyanın 5 dollarlıq banknotun bir tərəfində dünyanın ən uca dağı olan Everestin ilk fatehlərindən olan Edmund Hillari, digər tərəfində isə pinqvin təsvir edilib. Yeni Zelandiyanın 5 dollarlıq əsginazı 2015-ci ilin ən gözəl pul vahidi seçilib. 

Ümumi baxdıqda dünya ölkələri arasında daha çox ABŞ əsginazlarında dövlət xadimlərinin rəsmi əks olunub. Belə ki, ABŞ-ın birinci prezidenti Corc Vaşinqtonun portreti 1 dollarlıq əsginazı, üçüncü prezident Tomas Cefferson 2 dollarlıq, ABŞ-ın 16-cı prezidenti Şimal Cənub müharibəsinin qalibi Abraam Linkoln 5 dollarlıq, ABŞ-ın əsasını qoyanlardan olmuş və ilk maliyyə naziri Aleksandr Hamilton 10 dollarlıq, ABŞ-ın yeddinci prezidenti və müasir dolların yaradıcılarından olmuş Endrü Cekson 20 dollarlıq, ABŞ-ın 18-ci prezidenti və vətəndaş müharibəsinin qəhrəmanı Uillis Qrant 50 dollarlıq, alim, publisist və diplomat Benjamin Franklin 100 dollarlıq əsginazda əks olunub.  Milli valyutalarının üzərində qadın rəsmləri həkk olunan 10 dövlət var.

Göründüyü kimi, milli valyutasının üzərinə dövlət xadimlərinin rəsmini həkk etdirən dövlətlər kifayət qədərdir. 

AXC hökumətində maliyyə naziri postunu tutmuş Saleh Məmmədov üzərinə siyasi xadimin şəkli olan pulun hazırlanması təklifini narazılıqla qarşıladığını bildirdi: “Ümumiyyətlə, birinci dəfə də pul buraxılanda milli liderlərin şəklinin pul əsginazlarının üstünə qoyulmasının əleyhinə  olmuşdum, indi də bu fikirdəyəm.  Milli adət-ənənələrimizi bilirsiniz, toyda pullar tez-tez ayaq altında olur. Buna görə də bu istiqamətdə hər hansı təklifin əksinəyəm”.

S.Məmmədov manatın dəyərdən düşdüyü hazırkı məqamda manatın dizaynının dəyişdirilməsinə sərf ediləcək pulun  büdcəyə müəyyən qədər gəlir gətirən istiqamətə sərf edilməsini daha məqsədəuyğun hesab etdiyini bildirdi.

İqtisadçı ekspert Rəşad Həsənov da  bunun iqtisadiyyata hansısa müsbət bir təsirinin olmayacağını dedi: “Burada iqtisadi dəyişiklikdən söhbət getmir. Əgər söhbət, sadəcə olaraq, manatın dizaynının dəyişməsindən gedirsə, deyəcəyim odur ki, hazırda bu istiqamətdə xərc çəkilməsinə ehtiyac yoxdur. Hazırda manatın dizaynının və yaxud da ki, sıfırlarının sayını dəyişdirməklə hər hansısa bir formada iqtisadi uğur əldə edə bilməyəcəyik. Digər məsələlər isə artıq siyasi məsələlərdir ki, hərə bir fikir səsləndirir. Fikir səsləndirərkən də böyük ehtimalla düşüncələrində hansısa bir şəxsi məqsədlərinə nail olmaq və yaxud da ki, istəklərinə daha tez çatmaq kimi hədəflər olur. Yəni burada başqa izahedici nəsə görə bilmirəm. Hazırkı dövrdə manatın dizaynının dəyişməsi istiqamətində əlavə xərc çəkməyə ehtiyac yoxdur. Çünki çox mühüm istiqamətlər var ki, o istiqamətlərə hazırda vəsaitlərin xərclənməsi daha doğru olardı, nəinki manatın yenidən nominasiya edilməsinə”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar