Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“QRU” çevriliş haqda MİT-i məlumatlandırıb? – İrandan Rusiya-Türkiyə hərbi əməkdaşlığına dair qalmaqallı açıqlama


İran hakimiyyətinə yaxın mətbuat bölgədə yeni geosiyasi konfiqurasiyanın – Rusiya-Türkiyə hərbi əməkdaşlığının yaranmasına eyham vuran maraqlı iddia ilə çıxış edib


Strateq.az xəbər verir ki, İran xüsusi xidmət orqanlarına yaxınlığı ilə seçilən "Fars" agentliyi Rusiya Müdafiə Nazirliyinin (aidiyyəti strukturu QRU kimi tanınan Baş Kəşfiyyat İdarəsidir – Strateq) Türkiyədə çevriliş olacağı barədə Türkiyə kəşfiyyatını (Milli İstihbarat Təşkilatını) vaxtında xəbərdar etdiyini açıqlayıb. 

Agentlik bildirib ki, Rusiya Müdafiə Nazirliyi Türkiyədəki hərbi çevriliş cəhdinə bir neçə saat qalmış artıq prezident Rəcəb Tayyib Ərdoğanı xəbərdar edib: "Regionda yerləşən Rusiya ordusu çevrilişə cəhd göstərən hərbçilərin danışıqlarını tuta bilib və radio məlumatların kodlarını deşifrə edib. Həmin məlumatlarda Türkiyə ordusunun Ankarada ölkə hakimiyyətinə qarşı çevrilişə başlamağa hazır olduğu deyilirmiş".

Qeyd edək ki, İran agentliyi məlumatın ilkin qaynağı kimi, ərəb kütləvi informasiya vasitələrinə açıqlama verən hansısa "naməlum türk diplomatı" göstərib.

Belə görünür ki, İran tərəfinin bu açıqlaması daha çox bölgədə Rusiya-Türkiyə hərbi əməkdaşlığının başladığını çatdırmağa hesablanıb və özündə ciddi mesajları daşıyır. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Ən çox oxunanalar