Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qalmaqalları biz özümüz yaratmamışıq“


PİA.AZ xalq artisti Səməd Səmədov lent.az-a müsahibəsini təqdim edir


- Səməd bəy, başlayaq ənənəvi sualdan, yaradıcılıqdan. Nə xəbərlər var?
 
- Keçmişini unudan, gələcəyini qura bilməz. Bu günə qədər bir çox sənətçilərlə işləmişəm. Hər il ən azı bir “hit” mahnı ifa edirəm. Buna misal olaraq illər öncə ifa etdiyim “Qızlar”, “Azərbaycan”, “Gözlər-gözlər” “Hər yaşın öz gözəlliyi var”, “Arım balım, pətəyim”, “Nazlı-nazlı yarım” mahnılarını göstərə bilərəm. O ki qaldı yaradıcılığımda olan yeniliyə, təzə mahnılar yazdırmışam. Bilirsiniz, indi yaxşı mahnı tapmaq çox çətindir. Xeyli vaxt idi ki, yeni, fərqli bir bəstə axtarırdım. Nadir Qafarzadə və Ayan Babakişiyeva ilə ifasında “Sənin üçün” mahnısına qulaq asandan sonra həmin bəstənin müəllifi Samir Vida ilə əlaqə saxladım, mahnı istədim. Onun “Evlənirəm”, “Mənə belə gözəlsən” adlı bəstələrini bəyəndim. Hər ikisinə də klip çəkdirdim. Artıq mahnılar da sevilib. Bundan başqa dostumuz Fərid Kərmli “Sevgi valsı” və “Şirin çay” adlı mahnı yazıb. Onları da təqdim etməyi düşünürəm.
 
- Duet ortağınız Sevda Əliqızı ilə yollarınızı ayırdınız. Səbəb nə oldu?
 
- Son günlərin ən çox danışılan mövzusu bizim ayrılmağımızdır. Sevda açıqlama verib ki, “Səməd məni təhqir edərək, “qoca arvadsan” deyib. Amma vallah belə bir şey olmayıb. Mən onu təhqir etməmişəm. Kişi qadının arxasınca danışmamalıdır. Mən də etiraf edirəm ki, nə Sevda xanımın, nə də digər insanların arxasınca nəsə deməmişəm. Heç zaman heç bir qalmaqalda iştirak etməmişəm. Bunu bütün şou-biznes bilir.
 
- 15 illik duet ortağınızla ayrılmağınızın əsil səbəbi nədir?
 
- Prodüserim Rövşəndən xahiş etdim ki, Sevda xanıma desin ki, “ikimizdə yaşlaşmışıq, yeni, cavan səsə ehtiyat var”. Amma “qocalmısan” sözünü deməmişəm. Qoca sözü ilə, yaşlı sözü ayrıdır. Onu təhqir etməmişəm. Sadəcə millətə demək istəyirəm ki, Sevda xanıma görə məni qınamayın. Ayrılmağımıza səbəb, yeni, cavan səslərə ehtiyac duymağımdır. Mən yeni səs, yeni nəfəs axtarıram. Gənc və yeni səslər axtarıram ki, məndən sonra davamçılar olsun. Bilirsiniz, indi Ruhəngiz, Bəsti deyəndə Səməd  Səmədov yada düşür. Duet şəkilində şou-biznesdə iz qoymuşam. Flora Kərimova, Aygün Kazımova kimi müğənnilərlə duetim olub. İndi də Sevda Əliqızının yerinə yeni ifaçı götürmüşəm. İlk dəfə açıqlama verirəm. Sevdə Əliqızının yerinə Şəbnəm Aslanqızı gəlib. Şəbnəm çox cavan, müasir və istedadlı xanımdır. Bundan sonra onunla birgə toylara gedəcəyik. İstədim ki, yeni duet ortağım cavan, istedadlı bir xanım olsun. Və toylara getdiyim zaman, onun ifasına baxıb, xalqımız mənə təşəkkür etsin.
 
- Yeni duet ortağınız Şəbnəm Aslanqızı ilə tanışlığınız necə olub?
 
- Keçən il bacanağımın qızının toyu idi. Toya öz dəstəmə getmişdim. Şəbnəmi də özümlə aparmışdım. İfasına bir dəfə qulaq asdım, çox xoşuma gəldi. Beləcə də onu duet ortağım seçdim. Açığını deyim ki, Şəbnəmlə toylara getmək istəyim, keçən ildən var.
 
- Bir çox xanım müğənnilərlə duet ifa etmisiniz. Amma onlarla belə qalmaqal yaşamamışdınız?!
 
- Yox, onlarla da qalmaqal yaşamışam. Özünüz də bilirsiniz ki, kimisə işdən çıxaranda söz-söhbət olur. Ruhəngiz və Bəsti Bəkirova ilə də qalmaqallı şəkildə ayrılmışıq. Güclü söz-söhbətimiz olub. Amma indi onlarla rastlaşanda qucaqlaşıb, görüşürük. İnanıram ki, nə zamansa Sevda ilə də aramız düzələcək. Çünki Sevda deyəndə Səməd Səmədov yada düşür.
 
- Şou aləmində barənizdə daim tənqidi fikirlər səsləndirən Əli Mirəliyevdir. Münasibətiniz nə yerdədir?
 
- Əli Mirəliyev var olsun ki, hər zaman barəmdə danışır. Yoxsa “Toylar kralı” titulunu qazanıb, oturardım rahat yerimdə. Ona dərin minnətdarlığımı bildirirəm. Düşünürəm ki, tənqid, təhqir olmasa irəli getmək olmaz. Mən 30 il öncə necə var idimsə, indi də eləyəm. Yenə də sevilirəm.
 
- Qocaldığınızı etiraf etdirsiniz, bəs sənətlə nə zaman vidalaşmağı düşünürsünüz?
 
- Camaat 80 yaşından sonra qocalır. Mənim bu sənətdən ibrət, nümunə götürdüyüm Mirzə Babayevdir. O, 90 yaşına qədər oxudu. Mən də oxuyacam. Mən də idmanla məşğul oluram, istəyirəm ki, o yaşa çatam. Həmin yaşda da gündəmdə olam.
 
- Müğənni Nadir Qafarzadənin iti ilə öz itinizi evləndirmək istəyirdiniz. Hətta mətbuatda yazılmışdı ki, “İt qudası” olacaqsınız...
 
- Nadirlə qohum olmağım, sadəcə bir şou idi. Bütün bu şoular Avropadan gəlib.
 
- Bir müddət öncə doğum gününüzdə yeni yaratdığınız “Qismət qrupu” sizə 10 minlik delfin bağışladığını söyləyib. Doğrudur?
 
- Müğənnilər gündəmə gəlmək istəyəndə hansısa reklam üsulunu seçir. Etiraf edirəm, mənə delfin bağışlanmayıb. Bu sadəcə ucuz reklam üsulu idi. Artıq onlar gündəmdədir. Onlara məsləhət görmürəm ki, bu cür ucuz reklam etsinlər.
 
- Şou-biznesdə baş verən qalmaqallara münasibətiniz?
 
- Qalmaqalları biz özümüz yaratmamışıq. Biz Avropa ölkələrinə baxıb, onlardan ibrət götürmüşük. Qalmaqal olmasa, camaat özünü asmalıdır. Qalmaqal olmalıdır, tənqid şəklində. Bütün dünyada qalmaqallar tənqid şəklindədir. Amma bizdə bəzən təhqir də olur. Mən bunu məsləhət görmürəm. Çünki el dilində belə bir deyim var: “Döymə taxta qapımı, döyərəm dəmir qapını”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Ən çox oxunanalar