Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qara çərşəmbə axşamı“ və Rusiya ilə birlikdə çökən Ermənistan


Rusiya ilə paralel Ermənistan iqtisadiyyatı da çökür


"Qara çərşəmbə axşamı"nın iflic kimi vurduğu Rusiya iqtisadiyyatı özünə bağlı və özündən asılı olan ölkələri də böhranın girdabına sürükləməkdədir.

Neftin qiymətinin növbəti dəfə düşməsi ilə bərabər Rusiyanın valyuta birjalarında çalxalanma davam etdi. Dollar və avronun qiyməti rubla nisbətdə üçrəqəmli ədədlərə çıxdı. qara bazarda dollar 60 avro isə 100 rubla qədər artdı. Rusiya Mərkəzi bankının bazara çıxardığı valyuta kütləsi yenə inflyasiyanın qarşısını almaqda yetərsiz oldu. Əksinə Rusiya hökumətinin "optimist" proqnozları birjadakı ajiotajı daha da körükləyərək inflyasiyanı artırdı.

Rusiyada bunlar baş verərkən şimal qonşumuza siyasi və iqtisadi cəhətdən daha sıx bağlı olan ölkələrdə də yaranmış ciddi problemlər siyasi gündəmi qarışdırdı. Həmişə Rusiyanın yanıda olan, strateji tərəfdaşı sayılan Belarus əsas bazarının aıcılıq qabiliyyətinin aşağı düşməsi ilə birlikdə malları üçün yeni bazar axtarışına çıxdı. Prezident Lukaşenko Kremli tənqid atəşinə tutaraq öz nazirlərinə kənd təsərrüfatı məhsullarının satışı üçün yeni bazarlar axtarmaq haqqında tapşırıq verdi. "Rusiya bazarı çökür. Biz daha əlimizi qiynumuza qoyub bu ölkənin dirçəlməsini gözləyə bilmərik", deyə Lukaşenko Belarus televiziyası ilə birbaşa yayımlanan hökumət iclasında bəyanat vermişdi. İxracatının 80%-dən çoxunu Rusiyaya gerçəkləşdirən Belarus artıq düşmən olduğu Qərblə yaxınlaşmaq üçün variantlar axtarmağa başlayıb.

Rusiyadan tam olaraq asılı vəziyyətdəki Ermənistandakı durum isə daha acınacaqlıdır. Erməni valyutası dram rublla paralel olaraq ucuzlaşmaqda davam edir. Hər iki ölkədə inflyasiyanın həddi demək olar ki eynidir. Burada orta sahibkarlar artıq sıradan çıxmaq üzrədirlər. Əksər xırda istehsal sexlərində iş dayanıb. Ərzağın bahalaşması davam edir. Bir çox ərzaq mallarının isə ciddi qıtlığının yarandığı bildirilir. Hakimiyyət sussa da erməni mətbuatı artıq həyacan təbili çalmaqdadır. Vəziyyətin bu cür davam edəcəyi təqdirdə əhalinin yoxsulluq həddindən aşağı səviyyədə yaşayan hissəsinin bir-iki aya aclıq təhlükəsi qarşısında qalacağı proqnozlaşdırılır.

Rusiyadakı iqtisadi böhranın Ermənistanla sinxron olaraq dərinləşməsi artıq ölkədə antirus əhval-ruhiyyəsinin artçmasına gətirib çıxarır. Həmişə Rusiyanın köməyinə arxayın olan və bu köməyi hiss edən ermənilər havadarlarının çöküşü ilə ortada qalmış yetim uşaq kimi Qərbə jest etməyə başlayıblar. Dünən yayılmış bir xəbərdə İrəvanın Asiya İnkişaf Bankına və Avropa İnkişaf və Yenidənqurma Bankına kredit üçün müraciət etdiyi bildirildi. Məlumatda ilkin razılığın əldə edildiyi vurğulandı və ardınca erməni hökuməti Kremlin Qərbə qarşı tətbiq etdiyi sanksiyalara qoşulmadığını bəyan etdi. Artıq vəziyyət gərginləşdikcə Rusiya əsrlərdir kimi müdafiə edib, kimə dövlət qurduğunu daha yaxşı anlamağa başlayır. Böhranın bir az da dərinləşməsi Ermənistanın iç üzünü tam olaraq ortaya çıxaracaq və İrəvan Moskvanı açıqdan-açığa şantaj etməyə başyacaq. Sonda görünən isə yenə Ermənistanda dövlət çevrilişi və ya sahibi olan Rusiyanı satmağa cəhd göstərən Sərkisyan və komandasının Baş Kəşfiyyat İdarəsi tərəfindən öz kabinetlərində məhv edilməsidir.

P.S. Azərbaycan hökumətinin mətbuata yaydığı rəsmi açıqlamada və Azərbaycan prezidentinin çıxışında vurğuladığı fikir isə bizə neftin ucuzlaşmasının heç bir təsirinin olmayacağı haqqında idi. Son iki ayda Rusiya valyutasının 100% dəyər itirməsi, Azərbaycan büdcəsinin də böyük bir hissəsinin neftdən gələn gəlirlərdən formalaşmasına baxmayaraq manat dollara və avroya nisbətdə öz qiymətini sabit saxlamaqdadır. Deməli bu fikirlər sadəcə "söz" deyil, ciddi arqumentlərə və iqtisadi hesablamalara dayanan faktlardır. Rusiyada baş verənlərin fonunda Azərbaycanın daxili əmtəə və valyuta bazarında heç bir neqativ prossesin getməməsi, illərdir yürüdülən düzgün iqtisadi siyasətin bəhrəsidir.

Qafqaz ÖMƏROV


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

“Maydan hərəkatı”: səbələr və nəticələr

Böyük Azərbaycan və Rusiyanın “Qafqaz əsiri“

Təriqət savaşı: Gülənçiliklə Nurçuluğun fərqi

Şanxay zirvəsi və ya “Rusiyanın xilası“ əməliyyatı

Xaos və kürdlərin bitməyən “azadlıq mübarizəsi“

Azərbaycan - Özbəkistan: bir qardaşlığın qısa tarixçəsi

“Qara çərşəmbə axşamı“ və Rusiya ilə birlikdə çökən Ermənistan

Ən çox oxunanalar