Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qara polkovnik”in oğlu və daha iki nəfər azadlıqda


Həbsdə olan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Dubay filialının keçmiş müdiri Adil Hüseynov, Mingəçevir “İzolit” ASC-nin İdarə Heyətinin sədri Mehman Mehdiyev və “Riyad-Farm”ın icraçı direktoru Aqil Quliyev azadlığa buraxılıb


Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib.

Qərara əsasən, həmin şəxslər barəsində həbs qətimkan tədbiri ləğv edilib, onların barəsində  polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, A.Hüseynov 2015-ci ilin may ayında saxlanılıb. O, 318 milyon manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. Həmin məbləğin böyük bir hissəsinin Dubayda iki zavodun tikilişinə sərf edildiyi bildirilir. A.Hüseynova Cinayət Məcəlləsinin (CM) 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi açılıb. O, Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilmiş polkovnik Fətulla Hüseynovun oğludur.

“Riyad-Farm”ın icraçı direktoru A.Quliyev və Mingəçevir “İzolit” ASC-nin İdarə Heyətinin sədri M.Mehdiyev də CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il ittiham olunurlar.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bir neçə dəfə həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar