Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ məsələsi Şanxay platformasına keçir”


Rusiyalı ekspertə görə, Azərbaycan hələ ki Kremlin təsir zonasında deyil; Qriqori Trofimçuk: Dağlıq Qarabağ problemi bütövlükdə ŞƏT-in təhlükəsizliyinə təsir edəcək, ona görə də..."


Amerikalı vasitəçi Ceyms Uorlikin son vaxtlar göstərdiyi diplomatik fəallığa rəğmən, Qarabağ məsələsi ətrafında durğunluq davam edir. 

Vəziyyətin ümidverici olmadığını həm də ondan görmək olar ki, AzərbaycanErmənistan prezidentlərinin son Paris görüşündən 9 ay keçməsinə baxmayaraq, hələ heç xarici işlər nazirləri səviyyəsində də indiyədək ciddi müzakirələr aparılmayıb.

Belə vəziyyət, daha doğrusu, mövcud status-kvo təbii ki, ən çox Azərbaycana əl vermir, çünki əraziləri on illərdir işğal altında qalan yeganə ölkə - tərəf Azərbaycandır. Yaranmış durumda rəsmi Bakı beynəlxalq hüququn ona verdiyi müstəsna hüququndan istifadə edərək məsələni istənilən yolla çözmək, yaxud hər hansı başqa həll platformasına keçirmək haqqına sahibdir.

Belə yeni müstəvilər arasında son vaxtlar ən çox Avrasiya İqtisadi Birliyi və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) adı çəkilir. Hələ ki Avrasiya Birliyi çərçivəsində Qarabağ probleminin ədalətli həllini tapacağı haqda Moskva heç Bakıya heç bir pozitiv  işarə verməyib. Yalnız bəzi rusiyalı ekspertlər səviyyəsində belə fikirlər səslənib ki, əgər Azərbaycanla Ermənistan eyni - Avrasiya İqtisadi Birliyi müstəvisində təmsil olunarsa, ixtilafın həlli üçün münbit zəmin yaranar.

Lakin Bakı çətin ki, heç etibarlı zəmanət almadan, ən azı, Dağlıq Qarabağ ətrafındakı ərazilər boşaldılmadan bu varianta getsin və üstəlik, münaqişə zonasına Rusiya hərbi qüvvələrinin yerləşdirilməsinə razılıq versin - hansına ki, Moskva israrla can atır. Bu, ən yaxşı halda - konfliktin qeyri-müəyyən müddətə dondurulması, ən pis halda isə Dağlıq Qarabağ üzərində suverenliyimizin həmişəlik itirilməsi demək olardı (hər halda, biz ötən əsrin 80-ci illərində Arkadi Volskinin başçılıq elədiyi Dağlıq Qarabağda xüsusi idarəçiliyin nəyə gətirdiyini yaxşı xatırlayırıq).

*****
Digər yeni dinc nizamlama platforması kimi Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) göz önünə gəlir və cəlbedici təəssürat yaradır. Məlumdur ki, Azərbaycan artıq bu qurumda tərəfdaş statusu qazanıb. Bəs, Qarabağ nizamlanması baxımından bu platforma nə dərəcədə effektli ola bilər?



Rusiyalı tanınmış politoloq Qriqori Trofimçuk bu xüsusda fikir və mülahizələrini vesti.az portalı ilə bölüşüb. Onun sözlərinə görə, Azərbaycan hələ ki, Rusiyanın təsir zonasında deyil və bu üzdən Qarabağ problemi üçün o, başqa müstəvilər axtara bilər: “Azərbaycan tədricən ŞƏT iqtisadi əməkdaşlıq zonasına daxil ola bilər - harada ki, siyasi realizm nəzəriyyəsinə uyğun olaraq, mühüm rollardan birini hər halda Çin oynayır. Bu, o anlama gəlir ki, bütün başqa iştirakçı ölkələr ”kiçik qardaş" rolundadır. Bakı da seçimini elə-belə etməyib, əksinə, öz iqtisadi qazanclarını və perspektivlərini dərk edərək, daha böyük təhlükəsizliyə ümidlənərək buna gedib".

Ekspert əmindir ki, Bakı yeni platformadan yararlanaraq Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini qoyacaq: “Aydındır ki, AzərbaycanErmənistan quruma qəbul olunsa, Dağlıq Qarabağ məsələsi bütövlükdə ŞƏT-in təhlükəsizliyinə  təsir edəcək. Ancaq burada ikinci bir ”cütlüyə" də diqqət eləmək olar. Söhbət aralarında Qarabağ münaqişəsindən heç də az mürəkkəb olmayan konfliktin yaşandığı Hindistan-Pakistan cütlüyündən gedir. Onlar da ŞƏT-ə daxil olan kimi bütün məsələlər üzrə daha güclü tribuna qazanmağa ümid edirlər. Məhz bu səbəbdən ŞƏT-İN Ufa sammitində qəbul edilən yekun bəyannamədə Ukraynadakı vəziyyət də daxil, siyasi problemlərin bütöv bir dəsti öz əksini tapıb".

Politoloqa görə, ŞƏT bu və ya başqa məsələləri yalnızca şərh və ya bəyan etməli deyil, qurum gec-tez öz mövqeyində təkid eləməyi öyrənməlidir: “Əks təqdirdə, heç kim ona qulaq asmayacaq və dünyada o, zəruri nüfuz yiyəsi olmayacaq”.

*****
Onu da nəzərə alsaq ki, ŞƏT-də BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 2-ci (Çin, Rusiya) təmsil olunub, üstəgəl, Qarabağ məsələsinə Kremlin təsir imkanları hələ ki hamıdan çoxdur, o zaman konfliktin həllinə yeni platformanın pozitiv təsirləri ola da bilər, olmaya da. Ən azı o səbəbdən ki, Rusiya arzulayarsa, nizamlama prosesinə MDB çərçivəsində də real töhfə verər, Avrasiya Birliyi, ŞƏT çərçivəsində və ya təkbaşına da. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar